Milli Qurtuluş Günü şərəf tariximizdir » Göyəzən internet portalı


Milli Qurtuluş Günü şərəf tariximizdir

Milli Qurtuluş Günü şərəf tariximizdir
Azərbaycan xalqı öz milli qurtuluş mübarizəsinin tarixinə nəzər salarkən, ilk növbədə, bu tarixin yaradıcısı, ümummilli lider Heydər Əliyevi xatırlayır və ulu öndərin ölməz ruhu qarşısında baş əyir.

Bu fikir BDU-nun Qazax filialında 15 iyun – Milli Qurtuluş Günü münasibətilə keçirilən toplantıda səsləndirilib.

Professor-müəllim heyəti və tələbələr əvvəlcə filialda ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Milli Qurtuluş Günü şərəf tariximizdir
Sonra filialın İdeoloji Mərkəzində keçirilən tədbir 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş filmin nümayişi ilə başlayıb.
Milli Qurtuluş Günü şərəf tariximizdir
BDU-nun Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, dossent Məmməd Yusifov tədbiri giriş sözü ilə açaraq Milli Qurtuluş Gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını bildirib. Qeyd edib ki, 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycanın Qurtuluş Günündən başlanan yüksəliş hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam edir. Ölkəmizin iqtisadiyyatı güclənir, qüdrəti artır, insanların sosial rifahı yaxşılaşır.

Filialın baş müəllimi Hamlet İlyasov məruzə ilə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmiş, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilmişdir. Artıq neçə ildir ki, Azərbaycanın Milli Qurtuluş yolu davam edir və bu yol Heydər Əliyevin yoludur. Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq.

Sonra filialın baş müəllimi Balabəyim Qədimova, müəllimlərdən Ülviyyə Bayramova çıxış edərək qeyd ediblər ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə yenidən hakimiyyətə qayıtması ilə xalqımızın çoxəsrlik tarixinə yazılan yeni bir səhifədir.

Elçin İSMAYIL

Milli Qurtuluş Günü şərəf tariximizdir
Milli Qurtuluş Günü şərəf tariximizdir
Milli Qurtuluş Günü şərəf tariximizdir


Facebook-da paylaş