• Təqvim

  • Unutma

  • Maraq



85 il... yol gəlibdi “Göyəzən”

85 il... yol gəlibdi
Bəli, düz 85 ildir ki, yol gəlir “Göyəzən”. Təmsil etdiyi Qazax rayonunun tarixini yaza-yaza. Bu yolun enişi də olub, yoxuşu da. Amma keçdiyi yolun necə olmasından asılı olmayaraq heç bir zaman büdrəməyib “Göyəzən”. Mətbuat adını həmişə uca tutub, ucalardan yazıb, ucalığa, təmizliyə, qurub-yaratmağa səsləyib öz oxucularını. Beləcə yol gələ-gələ Qazaxın yazılı tarixini yaradıb - heç zaman pozulmayacaq, silinməyəcək bir tarixini.

Oxucular da öz doğma qəzetlərini həmişə əziz tutub, ona dəyər veriblər. Elə ona görə də “Göyəzən” əl-əl, ev-ev gəzərək bütün evlərin, ailələrin qonağı olub. Özü də ən əziz qonağı. Bu gün şanlı tarixinin 85-ci ilinə qədəm qoyduğu bir zamanda istəkli, dəyərli oxucular, qazaxlılar öz doğma mətbuat orqanının yubileyindən danışır, qəzetin yaradıcı kollektivini çalışdıqları idarə və müəssisələrə dəvət edir, tədbirlər keçirir, “Göyəzən”ə onun layiq olduğu dəyəri verirlər. A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin kollektivi kimi.

Məktəbin akt zalında təşkil olunan tədbir ulu öndər Heydər Əliyevə həsr olunmuş filmin nümayişi ilə başlayıb.
85 il... yol gəlibdi
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Söylü Xəlilova “Göyəzən“ qəzetinin 85 illik yubileyi münasibətilə redaksiya heyətini təbrik edərək bildirib ki, bu gün “Göyəzən” qəzetinin, o cümlədən sazın-sözün işığına toplaşmışıq. Harada şeir, saz, söhbət varsa orada mədəniyyət, mənəviyyat var. Qazax Səməd Vurğunun, Vaqifin, Vidadinin yurdudur. Qazaxda yaşayanlarla yanaşı, buradan su içən də, havasını udan da, bir günlük qonaq qalan da şeir yazır. Daha sonra natiq çıxışında Daş Salahlı kənd 1 saylı tam orta məktəbin uğurlarından, istedadlı müəllim kollektivindən, bacarıqlı şagirdlərindən də danışıb. Qeyd edib ki, məktəbin müəllimlərindən Nazı Paşayaeva, Mehriban Əliyeva, İlhamə Qurbanova, Şükufə Cəfərova “Göyəzən” qəzeti ilə sıx əlaqə saxlayır, onların yazıları qəzetin səhifələrində müntəzəm olaraq dərc olunur. Müəllimlərimiz, istedadlı şagirdlərimiz redakisya heyətinin məsləhətlərindən hər zaman bəhrələnirlər.
85 il... yol gəlibdi
“Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl tədbirdə çıxış edərək “Göyəzən” qəzetinin yaranma tarixi və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib. O, çıxışı zamanı mətbuatın ictimaiyyətdəki vacib rolundan, “Göyəzən” qəzetinin və Göyəzən.az saytının fəaliyyətindən də söhbət açıb. Qeyd edib ki, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov rayonumuzda hər sahəyə olduğu kimi mətbuat sahəsinə də diqqət və qayğı göstərir. Məhz Rəcəb Babaşovun sayəsində 1 ildir qəzet yeni üslubda, rəngli şəkildə və nəfis tərtibatda nəşr olunur. Bu da cənab başçının mətbuata və mətbuat işçilərinə verdiyi yüksək dəyərin ən böyük təzahürüdür.

Tədbirdə məktəbin Azərbaycan dili-ədəbiyyat müəllimi Nazı Paşayeva “Göyəzən” qəzetinin 85 illik yubileyinə həsr etdiyi şeirini söyləyib.
85 il... yol gəlibdi

“Göyəzən”


85 ildir ki, şəfəq saçırsan,
Ağıla, kamala, sözə “Göyəzən”.
Düz yol göstərirsən, düz yol açırsan,
Heç vaxt gəlməyəsən gözə “Göyəzən”.

Saz, söz aləminin çiçəkli bağı,
Ayıra bilirsən qaradan ağı.
Hər elin, hər evin əziz qonağı,
Bu gün də xoş gəldin bizə “Göyəzən”.

“Göyəzən” vüqarın, Damcılı gözün,
Vurğun biçimlidi heykəli sözün.
Sözdən ilham alıb ucaldın özün,
Nur saçdın cığıra, izə “Göyəzən”.

Vaqifin sözündən seçibmi gəldin?
Damcılı suyundan içibmi gəldin?
Ədalət sazından keçibmi gəldin?
Nur çilədin gözümüzə “Göyəzən”.

Bura oylağıdır Qaçaq Kərəmin,
Avey sirdaşıdır hər dağ-dərənin.
Başqa aləmi var burda hərənin,
Bənddi bir alova, közə “Göyəzən”.

Məktəbin biologiya müəllimi Şükufə Cəfərova, Azərbaycan dili-ədəbiyyat müəllimi Mehriban Əliyeva çıxış edərək “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıla onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. Alqayıt Mehdiyevin sazda ifa etdiyi saz havaları tədbirə bir gözəllik qatıb.
85 il... yol gəlibdi
85 il... yol gəlibdi
Şagirdlərdən Gülnar Yarəhmədova, Günay İsmayılova, Aysu Səttərova, Türkan Göyüşova, Nəzrin Aşurova, Qiymət Pirməmmədova, Xəyalə Göyüşova, Səbinə Kazımova, Fəridə Gülməmmədova Elçin İsmayılın “Mənim səcdəgahım, qibləm Qazaxdı” şerini söyləyiblər.
85 il... yol gəlibdi
85 il... yol gəlibdi
85 il... yol gəlibdi
85 il... yol gəlibdi

85 il... yol gəlibdi
85 il... yol gəlibdi
Sonda Elçin İsmayıl redaksiya heyəti ilə belə bir yüksək səviyyəli görüş təşkil etdiklərinə görə məktəbin direktoru Söylü Xəlilovaya, müəllimlərə, eləcə də şagirdlərə “Göyəzən” qəzetinin kollektivi adından öz dərin minnətdarlığını bildirib.

85 il... yol gəlibdi
85 il... yol gəlibdi
85 il... yol gəlibdi
85 il... yol gəlibdi
GOYEZEN.AZ


Facebook-da paylaş