• Təqvim

  • Unutma

  • Maraq



"Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər"

"Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər"
Qazax rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə BDU-nun Qazax filialında və Qazax Dövlət Sosial İqtisadi Kollecində "Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər" mövzusunda görüş-toplantı keçirilib.
"Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər"
Toplantını RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini- dini qurumlarla işin təşkilatçısı Məhəmnməd Orucov açaraq "Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dini siyasət, radikal dini cərəyanların mahiyyəti, təbliğat metodları, radikallığı ilə daha çox fərqlənən dini cərəyanlardan vəhhabiliyin müasir durumu, vəhhabiliyin Azərbaycanda yayılması, onun Azərbaycanda yayılmasına təsir göstərən amillər, bunların qarşısının alınması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş və ətraflı məlumat verib.

Məruzə ətrafında DTX-nın Qazax rayon şöbəsinin rəis müavini Müşfiq Mürsəlov, rayon Prokurorunun köməkçisi Nəriman Əsədov, rayon Polis şöbəsinin bölmə rəisi Elçin Qasımov, sahə rəisi Amil Budaqov, bölgə qazisi İlham Süleymanov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev, BDU-nun Qazax filialında ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, Qazax Dövlət Sosial İqtisadi Kollecinin direktor müavini Vüqar Əyyubov çıxış ediblər.
"Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər"
"Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər"
"Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər"
"Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər"
Çıxışlar zamanı dini radikalizmin törətdiyi fəsadlar barədə ətraflı fikir mübadiləsi aparılıb. Çıxışlarda bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətləri, vətəndaşlarımızı xarici dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibiniə qoşmaq cəhdləri qətiyyətlə pislənilib. Bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri haqqında toplantı iştirakçılarına geniş məlumat verilib.

Tədbirlərdə Respublika Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu milli siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadlıqları, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyi xüsusilə qeyd olunub. Dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin, tələbə və şagirdlərin sayıqlıq göstərməsinin zəruriliyi vurğulanıb.
"Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər"
"Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər"
Sonra görüş müəllim və tələbələrin sualları ilə diskusiya formasında davam etdirilib.
"Radikal dini cərəyanlar və onların Azərbaycanda yayılmasına təsir göstərən amillər"
Çıxış edən müəllim və tələbələr bu cür dini-maarifləndirici, istiqamətləndirici tədbirlərin tez-tez keçirilməsinə böyük ehtiyac olduğunu bildiriblər.

GOYEZEN.AZ


Facebook-da paylaş