Tarixi şəxsiyyət - ulu öndər Heydər Əliyev » Göyəzən internet portalı


Tarixi şəxsiyyət - ulu öndər Heydər Əliyev

Tarixi şəxsiyyət - ulu öndər Heydər Əliyev
Xalqımızın qəlbində və dövlətimizin tarixində özünə əbədiyyət abidəsi ucaltmış ümummilli lider Heydər Əliyevin fəaliyyətinin hər mərhələsi Azərbaycanın yüksəliş mərhələləri ilə üst-üstə düşür. Tarixi gerçəklik ondan ibarətdir ki, Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən milli müstəqillik duyğularının reallaşmasına çalışan ulu öndər Heydər Əliyev xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çıxarmaq, Azərbaycan mədəniyyətinin zənginliyini bütün dünyaya nümayiş etdirmək üçün əlindən gələni əsirgəməmişdir.

Hər il respublikanın bütün rayonlarında olduğu kimi Qazax rayonunda da ulu öndərin anadan olmasının ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir, dahi şəxsiyyətin həyat yoluna, zəngin iş fəaliyyətinə bir daha nəzər yetirilir.

Qazax Dövlət Sosial İqtisad Kollecində də ulu öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsini yad ediblər. Sonra iştirakçılar ümummilli liderin adını daşıyan mərkəzdə böyük şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən filmə baxıb, kitab sərgisi ilə tanış olublar.

Daha sonra tədbir kollecin akt zalında davam etdirilb. Müəllim-tələbə kollektivinin iştirak etdiyi tədbirdə ulu öndərə həsr olunmuş film nümayiş olunub.

Kollecin tədris işləri üzrə direktor müavini Vüqar Eyyubov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, dahi şəxsiyyət öz parlaq zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyənləşdirmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən sonrakı dövrü tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur.

Kollecin müəllimi Tərlan Bədəlova, tələbə gənclər təşkilatının sədri Elvira Əfəndiyeva və başqaları çıxış edərək ulu öndərin həyat və fəaliyyətindən söz açıb, müstəqil Azərbaycanın inkişafı naminə göstərdiyi xidmətlərdən danışıblar.

Tələbələrdən Nərgiz Rüstəmova, İlkanə Qarasaqqalova, Nərmin Kərimova Tamara Orucova ümummilli liderə həsr olunmuş şeirlər səsləndiriblər.

GOYEZEN.AZ




Facebook-da paylaş