• Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Filialın müəllim və tələbələri rayondakı Heydər Əliyev parkına gələrək ulu öndərin xatirəsini yad edib, heykəli önünə gül-çiçək dəstələri qoyublar. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyəti ilə daha yaxından tanış olaraq ümummilli liderə həsr olunmuş filmə baxıblar. Eyni zamanda burada təşkil edilmiş kitab sərgisi ilə də tanış olublar.
BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib
BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib
Sonra tədbir filialda davam etdirilib. Tədbir iştirakçıları filialın foyesində ulu öndərin büstü önünə gül dəstələri qoyublar. Sonra Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

BDU Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətə həsr olunmuş film nümayiş etdirilib.
BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib
Sonra filialın baş müəllimlərindən Hamlet İlyaslı, Heyran Vəkilova, müəllim Balabəyim Qədimova, tələbələrdən Aysel Kazımzadə məruzə ilə çıxış edərək ümummilli liderin Azərbaycan elminə, gəncliyinə, eləcə də digər sahələrə göstərdiyi diqqət və qayğısından danışıblar.
BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib
BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib
Eyni zamanda filialda Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş sərbəst güləş üzrə yarış da keçirilib. V.Əfəndiyev çıxış edərək yarış iştirakçılarına uğurlar diləyib. Sonra güləşçilər müxtəlif çəki dərəcələrində mübarizə aparıblar.

Yarışın sonunda qaliblər Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edilib.

Elçin İSMAYIL


Facebook-da paylaş