BDU-nun Qazax filialında 1 Mart - Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında 1 mart - Ümumdünya
Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. Filialın Heydər Əliyev
auiditoriyasında keçirilən tədbirdə filialın professor-müəllim heyəti,
tələbələr iştirak edib. Filialın direktoru, dosent Arif Rüstəmov tədbiri giriş
sözü ilə açaraq Mülki Müdafiə Gününün yaranma tarixi haqqında ətraflı məlumat
verib. Qeyd edib ki, ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə
bağlı görülən işlərdə FHN-in mülki müdafiə sisteminin rolu olduqca böyükdür.
Bildirib ki, Ümumdünya Mülki Müdafiə Təşkilatı 1972-ci il martın 1-dən
fəaliyyət göstərir. Azərbaycan Respublikası bu beynəlxalq təşkilatda 1993-cü
ildən təmsil olunur. Filialın tədris və elmi işlər üzrə
direktor müavini, dosent Məmməd Yusifov çıxış edərək müəllim və tələbələrin mülki müdafiə işinin təşkilini, onun məramını, eləcə də
fövqəladə hallar zamanı davranış qaydalarını bilmələrinin və bu bilikləri
mütəmadi olaraq aşılamalarının vacibliyini ön plana çəkib. Filialın təsərrüfat şöbəsinin müdiri Məmmədəli
Abdullayev 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş geniş məruzə
ilə çıxış edərək qeyd edib ki, bu tipli tədbirlərin keçirilməsində əsas məqsəd
tələbələrin baş verə biləcək fövqəladə hallara hazır olması, onların fövqəladə
hallar zamanı görüləcək işlər haqqında geniş məlumatlandırılmasıdır. Mülki Müdafiə qərargahının rəisi İlqar Nəbiyev öz
çıxışında tələbələrin fövqəladə hallar zamanı davranış qaydalarına əməl etmə
vərdişlərinin təkmilləşdirilməsi barədə danışıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar
cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş