• Təqvim

  • Unutma

  • Maraq



Məktəblilər “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər

Məktəblilər “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər
GOYEZEN.AZ saytı AZƏRTAC-a əsasən xəbər verir ki, martın 23-dən 26-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün nəzərdə tutulan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyaya start verilib.

AZƏRTAC xəbər verir ki, Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Ağstafa, Daşkəsən, Göyçay, Qazax və Tovuz məktəblilərindən ibarət 5 qrupun üzvləri martın 23-də, günorta saatlarında Qəbələyə çatıblar. Şagirdləri Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri qarşılayıb.
Məktəblilər “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər
Rayondakı “Qafqaz Karvansaray” otelinə yerləşən şagirdlər nahar etdikdən sonra Qəbələ ilə tanışlığa başlanılıb. Ümumilikdə 200 nəfər şagird və onlara rəhbərlik edən müəllimlərin iştirakı ilə əvvəlcə proqrama uyğun olaraq Dəmiraparan çayın sahilində “Ölkəmizi tanıyaq” devizi altında ağacəkmə aksiyası keçirilib. Qəbələ rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yaşıllaşdırma aksiyası zamanı məktəblilər 200-dən çox küknar, ağcaqayın və palıd ağacı əkərək onları suvarıblar. Sonra gəzinti zaman şagirdlərə Qəbələ-Şəki-Zaqatala marşurutu üzrə təşkil ediləcək və maarifləndirici xarakter daşıyan bu tur-aksiyanın əhəmiyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, onlar tur-aksiyanın proqramına uyğun olaraq martın 23-26-da Qəbələ, Şəki və Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələri, coğrafiyası, turizm obyektləri, muzeyləri ilə tanış olacaqlar.

Qəbələyə səfərin ilk günü şagirdlərin marağına səbəb olan məkanlardan biri də Nohur gülü olub. Sıx meşəlik və dağlıq ərazidə yerləşən gölün ətrafında gəzintiyə çıxan məktəblilər orada xatirə şəkilləri çəkdiriblər. Şagirdlər Nohur gölü sahilində bilyard və tennis oynayıb, çay içiblər.
Məktəblilər “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər
Şagirdlərə qısa məlumat verilib ki, dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşən Nohur gölünün ətrafı sıx meşələr və dağlarla əhatə olunub. Uzunluğu 1925 metr, eni 1355 metr, sahəsi 240 hektar olan gölün dərinliyi 24 metr, suyunun həcmi isə 16 milyon kubmetrdir. Nohur gölünə Dəmiraparan və Vəndam çaylarının suyu axır.
Məktəblilər “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər
Məktəblilər “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər
Sonra məktəblilər “Yeddi gözəl” şəlaləsinə səfər ediblər. Vəndam qəsəbəsindəki “Yeddi gözəl” şəlaləsinə böyük həvəslə ekskursiya edən məktəblilər gözəl təbiət qoynunda istirahət ediblər, çay içərək mənzərəli guşədə xatirə şəkilləri çəkdiriblər. Şagirdlərə sıx meşəlik və hündür dağlıq ərazidə yerləşən “Yeddi gözəl” şəlaləsi barədə məlumat verilib. Bundan əlavə Yengicə kəndindəki “Zoopark”a ekskursiya da şagirdlərə xoş anlar yaşadıb.
Məktəblilər “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər
Sonra tur-aksiya iştirakçıları üçün Qəbələ Mədəniyyət Mərkəzində konsert proqramı təqdim olunub. Yerli musiqiçilərin iştirak etdiyi iki saatlıq konsertdə xalq və bəstəkar mahnıları, aşıq musiqiləri səsləndirilib. Konsert şagirdlərin böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.


Facebook-da paylaş