Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində » Göyəzən internet portalı


Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Qəbələ şəhərində olublar

Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində
Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən IX-XI sinif şagirdlərini əhatə edən “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiya çərçivəsində rayonumuzun məktəbliləri bu gün Qəbələ, Şəki və Zaqatala rayonlarına səfərə yola düşüblər.
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində
Tur-aksiyanın keçirilməsində məqsəd ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi və respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkil edilməsindən ibarətdir.
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində
Qrup rəhbəri Rasim Carçıyevin GOYEZEN.AZ saytına verdiyi məlumata görə bu gün günorta saatlarında Qəbələ şəhərinə çatan məktəblilərimizin Heydər Əliyev Mərkəzinin qarşısında qarşılanma mərasimi olub. Şagirdləri rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri qarşılayıb.
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində
Qarşılanma mərasimi başa çatdıqdan sonra məktəblilər otelə yerləşdirilib. Asudə vaxtlarını səmərəli keçirən şagirdlərimiz daha sonra Nohur gölünə və Vəndam şəlaləsinə, Yengicə kəndindəki “Zoopark”a ekskursiya ediblər.
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində
Məlumat üçün onu da qeyd edək ki, tur-aksiyada rayonumuzun müxtəlif məktəblərindən olan 40 nəfər şagird Qəbələ, Şəki və Zaqatalanın gəzməli, görməli, tarixi yerləri ilə tanış olacaqdır.
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində
Səfər martın 23-dən 26-na qədər davam edəcəkdir.

Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində


Facebook-da paylaş