Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində » Göyəzən internet portalı


Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Qəbələ, Şəki və Zaqatala rayonlarına yola düşüblər

Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən IX-XI sinif şagirdlərini əhatə edən “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb.

Aksiya çərçivəsində ölkə gəncləri bölgələrin qədim tarixi, mədəniyyət abidələri, regionlarımızın müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə tanış olacaqlar.
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində
Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Respublika Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradıb.

GOYEZEN.AZ saytının verdiyi məlumata görə bu gün məktəblilərin yaz tətili ilə əlaqədar şagirdlərin yenidən ölkənin regionlarına səfərləri başlayıb. Tur-aksiya çərçivəsində qazaxlı məktəblilər səhər saatlarında Heydər Əliyev adına parka toplaşıblar. Burada onlar ulu öndər Heydər Əliyevin xatirəsini anaraq abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində
Sonra məktəblilər parkdan Qəbələyə yola düşüblər. Rayonumuzun müxtəlif məktəblərindən olan 40 nəfər şagird Qəbələ, Şəki və Zaqatalanın gəzməli, görməli, tarixi yerlərinə səfər edəcəkdir. Martın 23-dən 26-na qədər davam edəcək səfər çərçivəsində bölgə ilə əyani tanışlıq, tarixi yerlərə ekskursiya olacaqdır.
Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində
Məktəblilər səfər etdikləri bölgələr ilə yaxından tanış olmaqla, rayonların sosial, mədəni həyatı barədə əyani şəkildə məlumatlandırılacaqlar. Tur-aksiya şagirdlərə ölkə barədə ətraflı məlumat qazandırmaqla yanaşı, eyni zamanda, məktəblilər arasında əlaqələrin qurulması və dostlar qazanmaq imkanı da yaradır. Məktəblilər bu gün günorta saatlarında Qəbələdə olacaqlar.

Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində


Facebook-da paylaş