• Təqvim

  • Unutma

  • Maraq



Sərhəd kəndi olan Məzəm və Quşçu Ayrımda məktəblilərə yeni il hədiyyəsi təqdim olunub


Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Qazax Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə rayonun sərhəddə yerləşən Məzəm  və Quşçu Ayrım kəndlərində ibtidai sinifdə təhsil alan şagirdlərə yeni il hədiyyəsi təqdim olunub.

Bu münasibətlə Məzəm kənd ibtidai və şəhid Yavər Mirzəyev adına Quşçu Ayrım kənd tam orta məktəblərində I-IV sinif şagirdləri ilə görüş keçirilib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Səba Nəbiyeva məktəbliləri 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb.

Şaxta baba və Qar qızın iştirakı ilə keçirilən görüşdə iki məktəb üzrə 63 nəfər şagirdə Gənclər və İdman Nazirliyinin yeni il hədiyyəsi təqdim edilib.






GOYEZEN.AZ



Facebook-da paylaş