“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Qəbələdə
Xəbər verdiyimiz kimi, artıq
altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin şagirdlərinin "Ölkəmizi
tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici
tur-aksiyaları təşkil olunur. Dövlət başçısı cənab İlham Əliyevin tövsiyəsinə
əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar
yenidən start götürüb. IX-XI sinif şagirdlərinin iştirakı ilə baş tutan bu
tur-aksiyalara Qazax rayonunun məktəbliləri də qatılıb. Bu gün səhər saatlarında
"Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən 40 nəfər məktəbli və
təhkim olunmuş şəxslər Ulu Öndərin adını daşıyan Heydər Əliyev parkına toplaşaraq
abidə önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad
ediblər. Səhər saat
08:00-da Heydər Əliyev parkından yola düşən məktəblilər noyabrın 18-dən 21-nə kimi Qəbələ-Şəki-Zaqatala marşurutu
üzrə həmin rayonların gəzməli,
görməli, tarixi yerlərinə səfər edəcək, bölgə ilə əyani tanış olacaq,
rayonların sosial, iqtisadi və mədəni həyatı barədə məlumat alacaqlar.
Tur-aksiya çərçivəsində şagirdlər intellektual oyunlarda da iştirak edəcəklər. Günorta
saatlarında Qəbələyə çatan tur-aksiya iştirakçları səfərin ilk
günü Nohur gölünə və Yenicə kəndindəki zooparka səyahət ediblər. Buradan xoş təəssüratlarla
ayrılan məktəblilər Qəbələ şəhərindəki Zərifə Əliyeva
prospektinin ərazisində ağacəkmə aksiyasında da iştirak ediblər. Məlumat üçün bildirək ki, səfərin 2-ci günü məktəblilər qədim Şəkiyə
ekskursiya edəcəklər. Ənənə halını alan bu cür layihənin təşkil olunmasındaisə əsas məqsəd şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi,
mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər
Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış
etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın
dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın
yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Bundan
əlavə, respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər
bölgələrə səyahətlərini təşkil etməklə məktəblilərin dünyagörüşünü, bilik və
bacarıqlarını daha da formalaşdırmaqdır. Məlumat üçün qeyd edək ki, ötən müddət
ərzində ildə iki dəfə olmaqla, 7 istiqamət üzrə (Bakı
şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala,
Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara,
Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 11 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu
tur-aksiyalarda, ümumilikdə, 26 min 814 nəfər iştirak edib. Bu il noyabrın 13-16 və 18-21 tarixlərini əhatə edəcək növbəti - 12-ci tur-aksiyada isə 4
istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından,
ümumilikdə, 3190 nəfər iştirak edəcək. Bununla da, "Ölkəmizi tanıyaq”
tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 30 mindən çox olacaq.
GOYEZEN.AZ
Facebook-da paylaş