• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda ali və orta ixtisas təhsili müəssisələrində, ümmumtəhsil məktəblərində səyyar psixoprofilaktik tədbirlərin keçirilməsinə start verilib

Qazax RİHB aparatı yanında fəaliyyət göstərən "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi  üzrə  Komissiyanın  2019-cu il üçün iş planı”na müvafiq olaraq 14 oktyabr tarixindən Qazax rayonu üzrə şəhər, kənd tam orta məktəblərində, eləcə də ali və orta ixtisas təhsil müəssisələrində səyyar psixoprofilaktik tədbirlərin keçirilməsinə start verilib. 

"Narkomanlıqla bağlı hüquqpozmalara meylli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi", "Ali və orta ixtisas təhsil müəssisələrində, narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı” barədə təbliğat aparılması, tələbələrin və şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması, "Narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyasının və cəmiyyətə reinteqrasiyasının həyata keçirilməsi” ilə bağlı təşkil olunmuş tədbirlərdə qeyd olunan mövzu barədə geniş maarifləndirici söhbətlər aparılıb.

M.Həsənov adına Birinci Şıxlı, V.Musayev adına İkinci Şıxlı, Ş.Nəsibova adına Sarıvəlli, Z.Mahmudov adına Yuxarı Salahlı, Aslanbəyli, A.Kəmərli adına Kəmərli, A.Məmmədov adına Qaymaqlı, A.Bəbirov adına Xanbağı, V.Göşşüyev adına Çaylı kənd 1 nömrəli, E.Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəblərində keçirilən tədbirlər zamanı şagirdlərlə narkomaniya və onun fəsadları, erkən nikah və onun cəmiyyət üçün yaratdığı fəsadlar, yol hərəkəti qaydaları haqqında, antisosial mühitdən necə qorunmağın yolları barədə psixoprofilaktik söhbətlər aparılıb.

Tədbirdə iştirak edən Qazax RİHBA-nın aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Təranə Səmədova, Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının narkoloqu Nahidə Osmanova, Rayon Polis şöbəsinin KPH-nın baş inspektoru, polis kapitanı Vüsal Hüseynov, müstəntiq Yunis Quliyev, DYPB-nin inspektoru, polis kapitanı Elxan Əhmədov, yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor Ramil Sadıqov, ictimai təhlükəsizlik bölməsinin polis sahə və əməliyyat müvəkkilləri mövzu ətrafında dolğun məlumatlar çatdırıb, dövlət tərəfindən bu sahə ilə bağlı aparılan mübarizə yollarından danışıblar.

Sonda məktəbliləri, tələbələri maraqlandıran suallar cavablandırılıb. Məktəblilərin narkomaniya və onun törətdiyi bəlaları özündə əks etdirən əl işlərinə baxılıb.








GOYEZEN.AZ



Facebook-da paylaş