• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrin birinci sinif şagirdlərinə məktəbli ləvazimatları paylanılıb


"Təhsilə dəstək” layihəsi çərçivəsində hər il aztəminatlı ailələrin birinci sinif şagirdlərinə çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə edən Heydər Əliyev Fondu bu il də ənənəsinə sadiq qalaraq məktəbli adını qazanan birinciləri sevindirib.

Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib. 

Bu layihə çərçivəsində Qazax rayonu üzrə 46 ünvanlı sosial yardım alan ailələrin birinci sinif şagirdləri bəhrələnib.

Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir.

 

GOYEZEN.AZ



Facebook-da paylaş