• Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialında Milli Qurtuluş Günü qeyd edilib

 

İyunun 14-də Bakı Dövlət Universitetinin Qazax filialında 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib. Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə professor və müəllim heyəti, tələbələr iştirak edib.

 

Filialın direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, xalqımız dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas olunduğu mühüm tarixi hadisənin -  ümummilli lideri Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsinin növbəti ildönümünü böyük bayram əhval-ruhiyyəsi ilə qeyd edir. A.Rüstəmov ulu öndərin sağlam təməllər üzərində qurduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın iqtisadi inkişafına görə dünyada inkişaf etmiş dövlətlər sırasında olduğunu bildirib.

Filialın ictimai və təbiət fənləri kafedrasının müəllimi Zeynəb Mustafayeva öz məruzəsində 15 iyun 1993-cü ilin Azərbaycan dövlətinin və xalqının tarixində ən mühüm tarixi hadisə olduğunu qeyd edib.

Müəllimlərdən Ülviyyə Bayramova, Türkan Məmmədova, tələbələrdən Tərlan Əlizadə çıxış edərək ulu öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə respublikada vətəndaş müharibəsinin qarşısının alındığını, dövlətimizin ərazisinin parçalanması təhlükəsinin aradan qalxdığını, hüquqi dövlət quruculuğu prosesinin başlandığını bildiriblər.




 

GOYEZEN.AZ



Facebook-da paylaş