BDU-nun Qazax filialında imtahanlar obyektiv və şəffaf şəraitdə keçirilir
Bakı Dövlət Universitetinin Qazax filialında
2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Bununla əlaqədar
filialın direktoru, dosent Arif Rüstəmovun rəhbərliyi ilə yığıncaq keçirilib,
əvvəlcədən lazımi hazırlıq işləri görülüb. Direktorun müvafiq əmri ilə nəzarət
komissiyası yaradılıb, müəllim-koordinatorların bölgüsü aparılıb. İmtahanların
şəffaf və obyektiv keçirilməsi üçün filialda lazımi şərait yaradılıb. İyun ayının 3-dən start götürən imtahan sessiyasının
gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin
müraciətlərinin qəbulu və araşdırılması məqsədilə Qərargah yaradılıb. Qəragahın
nəzdində fəaliyyət göstərən "Qaynar xətt”ə daxil olan müraciətlər Qərargah
üzvləri tərəfindən dərhal araşdırılır. Qiymətləndirmədən narazı qalan
tələbələrin Qərargaha müraciəti üçün şərait təmin edilib. Valideynlərə
övladlarının imtahanlarında iştirak etmək üçün şərait yaradılıb. Əvvəlcədən
həyata keçirilən tədbirlərin və görülən işlərin nəticəsidir ki, indiyədək heç
bir qanun pozuntusu aşkar olunmayıb. Filialın direktoru Arif Rüstəmov imtahanların gedişinə
nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olur,
tələbələri maraqlandıran sualları cavablandırır, onların qarşılaşdığı hər hansı
bir problemin olub-olmaması ilə maraqlanır. Yaz semetrində 1014 nəfər tələbə iştirak edir.
Tələbələr 17 ixtisas üzrə 39 qrupda imtahan verirlər. Semestr ərzində
tələbələrin 217 imtahan verməsi nəzərdə tutulub. İmtahan başa çatan gün onun
nəticələri tələbələrə elan olunur. Tələbələrin biliyinin obyektiv
qiymətləndirilməsi və şəffaflıq təmin edilir. Sessiya iyul ayının 3-dək davam edəcəkdir.
GOYEZEN.AZ
Facebook-da paylaş