• Təqvim

  • Unutma

  • Maraq



Qazax məktəblərində Xocalı faciəsinin 27-ci ildönümü anılıb


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun ölkə başçısının "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 5 fevral 2019-cu il tarixli 930 nömrəli və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 6 fevral 2019-cu il tarixli 11 nömrəli Sərəncamlarına əsasən imzaladığı Qazax rayonu üzrə Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında 11 fevral 2019-cu il tarixli Sərəncamı ilə tədbirlər planı hazırlanıb. 9-21/32 nömrəli Sərəncama əsasən hazırlanmış həmin tədbirlər planına uyğun olaraq rayonda fəaliyyət göstərən idarə və təşkilatlarda, eləcə də təhsil, səhiyyə və mədəniyyət müəssisələrində silsilə anım tədbirləri keçirilib.

Tədbirlər planına uyğun olaraq növbəti anım tədbirləri S.Əfəndiyev adına şəhər 1 nömrəli, İ.Qayıbov adına şəhər 3 nömrəli, N.Vəliyev adına şəhər 5 nömrəli, A.Əliyev adına Hüseynbəyli, S.Həsənov adına Bala Çaylı və Z.Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəblərində keçirilib.

Tədbirdə iştirak edən məktəbin müəllim-şagird kollektivi əvvəlcə Xocalı soyqırımının və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tarixin qan yaddaşı olan Xocalı faicəsi haqqında çıxış edənlər qeyd ediblər ki, tarixən Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən erməni millətçiləri 1992-ci ilin fevralında öz vəhşi simalarını bir daha nümayiş etdirərək dinc əhaliyə divan tutublar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının köməyi ilə Xocalıda soyqırımı həyata keçirib. Soyqırımı nəticəsində 613 nəfər şəhid olub, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər əsir götürülüb.

Vurğulanıb ki, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının böyük rolu olub. Artıq bir çox ölkə və ABŞ-ın bir neçə ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyan qətnamələr qəbul edib.

Tədbirlərdə Prezident İlham Əliyevin apardığı siyasət sayəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə, şəhidlərimizin ruhunun rahatlıq tapacağına inam ifadə olunub.
Daha sonra məktəblilərin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.















GOYEZEN.AZ



Facebook-da paylaş