Qazax Dövlət Sosial-İqtisadi Kollecində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bu gün Qazax
Dövlət Sosial-İqtisadi Kollecində Xocalı soyqırımı faciəsinin 27-ci ildönümü ilə
əlaqədar tədbir keçirilib.
Ulu öndər Heydər Əliyevin
adını daşıyan ideoloji mərkəzdə keçirilən tədbirdə kollecin müəllim və
tələbələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xocalı
soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik
sükutla yad ediblər.
Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktoru
Elşad Quluyev giriş sözü ilə çıxış edərək bildirib ki, Xocalı faciəsi iki yüz ildən
çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik
təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Artıq bu qanlı faciədən
27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə şəhərin dinc əhalisinə
misli görünməmiş qəddarlıqla divan tutulmuş. Ermənistan silahlı qüvvələrinin
mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq
və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov
götürülmüşdür.
Sonra kollecin
qiymətləndirmə, qeydiyyat və monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva, tarix müəllimi Tükəzban
Süleymanova çıxış edərək Xocalı qırğınının təkcə
Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş cinayət olduğunu qeyd
ediblər. Bu faciənin daha geniş miqyasda tanıdılması, soyqırımı aktı kimi qəbul
olunması istiqamətində mühüm addımların atıldığını vurğulayıblar. Bu baxımdan
Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox ölkələrdə və şəhərlərdə həyata
keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının Xocalı
faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynadığını
bildiriblər.
Daha sonra kollecin
tələbələri Şəbnəm Həsənova, Nərmin Kərimova, Tutu Qocayeva Xocalı faciəsinə
həsr olunmuş şeirlər söyləyiblər. GOYEZEN.AZ
Facebook-da paylaş