• Təqvim

  • Unutma

  • Maraq



Maarifləndirici tədbir keçirilib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Aşağı Salahlı kəndində "İslamda şəhidlik zirvəsi” layihəsi çərçivəsində görüş-toplantı keçirilib. "Torpaq uğrunda ölən varsa, Vətəndir” mövzusunda keçirilən tədbirdə əhalinin müxtəlif təbəqələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Qazax RİHB aparatında İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açaraq keçirilən tədbirin əhəmiyyəti barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhun Rüstəmov, Çaylı kənd məscidi Dini icmasının sədri Sahilə Orucova, Aşağı Salahlı kənd tam orta məktəbin direktoru Cahangir Alnaqov və başqaları mövzu ətrafında çıxış ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici ədəbiyyatlar paylanılıb.





GOYEZEN.AZ

 

 

 



Facebook-da paylaş