• Təqvim

  • Unutma

  • Maraq



Qazax Dövlət Sosial-İqtisadi Kollecində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb


20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Qazax Dövlət Sosial-İqtisadi Kollecində də anım tədbiri keçirilib.

Ulu öndər Heydər Əliyevin adını daşıyan ideoloji mərkəzdə keçirilən tədbirdə Qazax RİHB Aparatının məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, kollecin müəllim və tələbə kollektivi iştirak edib.

Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktoru Elşad Quluyev tədbiri giriş sözü ilə açaraq XX əsrdə törədilən vəhşiliyin təkcə Azərbaycan xalqına deyil, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı törədilən bir faciə olduğunu qeyd edib. Bildirib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Sonra  20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Kollecin tədris işləri üzrə direktor müavini Vüqar Əyyubov, qiymətləndirmə, qeydiyyat və monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva, tarix müəllimi Tərlan Bədəlova, ədəbiyyat müəllimi Türkan Abdullayeva çıxış edərək bildiriblər ki, bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi kimi yazılmış həmin gündən 29 il ötür. Lakin buna baxmayaraq xalqımız şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmış o tarixi günü heç vaxt unutmur və unutmayacaq.


RİHB Aparatının məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxışı zamanı qeyd edib ki, xalqını bu ağır günlərdə tək qoymayan ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış etdi. 20 Yanvar faciəsinə siyasi qiymət verib, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərdi. Məhz ulu öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.


Daha sonra kollecin tələbələri İlkin Səmədli, Ellada Bayramova, Şəbnəm Həsənova 20 Yanvar faciəsinə, şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.






GOYEZEN.AZ



Facebook-da paylaş