Alpout kənd tam orta məktəbində fövqəladə hallara hazırlıq üçün ilkin yardım və tibbi maarifləndirmə təlimi keçirilib
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Az. QAC) ölkəmizin
təmas xətti və sərhədyanı rayonlarında fövqəladə hallara hazırlıq üçün ilkin
yardım və tibbi maarifləndirmə təlimləri həyata keçirir. Düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda da sərhəddə
yaşayan sakinlərin, xüsusən də məktəblilərin bu sahə üzrə maarifləndirilməsi
istiqamətində məqsədyönlü işlər görülür. Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax
rayon bölməsi də özünün fövqəladə hallara hazırlıq üzrə çevik mobil dəstəsinin
könüllü üzvləri ilə birlikdə rayonun Alpout kəndində ilkin yardım və tibbi
maarifləndirmə təlimi keçirib. Şəhid Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin
həyətində təşkil olunmuş təlimdə Qazax RİHB aparatında Sosial-iqtisadi
inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Az. QAC-nin Qazax rayon bölməsinin sədri Qurban Qurbanlı, müşahidəçi
kimi Beynəlxalq Qızıl Aypara Xaç Komitəsinin Bərdə ofisinin əməkdaşı Nailə
Hüseynli, məktəbin müəllim-şagird kollektivi və Az. QAC-nin Qazax rayon bölməsinin
könüllüləri iştirak ediblər. Az. QAC-nin Qazax rayon bölməsinin sədri Qurban
Qurbanlı giriş sözü ilə çıxış edərək təşkil olunmuş təlimin məqsəd və əhəmiyyətindən
söz açıb. Təlimin keçirilmə qaydaları haqqında geniş məlumat verib. Qazax RİHB aparatında Sosial-iqtisadi
inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov
çıxış edərək rayonumuzda fövqəladə hallara hazırlıq üzrə görülmüş işlər, məktəblilərin
maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Bu sahədə
mütəmadi olaraq profilaktik tədbir və təlimlərin keçirilməsinin vacibliyini
vurğulayıb. Alpout kənd tam orta məktəbin direktoru İsmayıl
Abdullayev sərhəddə yaşayan sakinlərə göstərilən dövlət qayğısından danışaraq ölkə
başçısına və rayon rəhbərliyinə məktəbin müəllim-şagird kollektivi adından minnətdarlığını
bilirib. Məktəblilərin fövqəladə hallara hazır olmaları baxımından bu cür təlimlərin
keçirilməsini yüksək qiymətləndirib. Sonra ilkin yardım məntəqəsinin qurulması, ilkin
yardım və hadisələrin canlandırılması əyani şəkildə nümayiş olunub. GOYEZEN.AZ
Facebook-da paylaş