• Təqvim

  • Unutma

  • Maraq



“Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” və “Vətəni sevmək-imandandır” mövzularında dini-maarifləndirici tədbirlər keçirilib


Qazax Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq həftə ərzində rayonun ümumtəhsil məktəblərində keçirilən maarifləndirici tədbirlər davam edib. Qazax şəhər 1,2,3,4,5 saylı, məktəb–lisey,Yuxarı Əskipara kənd tam orta məktəblərində və şəhər ümumi orta məktəbdə "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” və "Vətəni sevmək-imandandır” mövzularında dini-maarifləndirici tədbirlər həyata keçirilib. Bununla da oktyabr ayının 1-dən start verilmiş tədbirlər başa çatıb. Keçirilmiş tədbirlərdə rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Təhsil şöbəsinin, Gənclər və İdman İdarəsinin, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, məktəb direktorları, müəllimlər, məktəb psixoloqları və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə RİHB aparatında ictimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açaraq radikal dini cərəyanlar, dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi sahəsində ölkəmizdə, eləcə də rayonumuzda görülmüş işlər və həyata keçirilmiş tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib.

Mövzu ətrafında rayon prokurorunun köməkçisi Tərlan Kərimov, DTX-nin Qazax rayonu üzrə şöbəsinin baş əməliyyat müvəkkili Vüsal Rəhimov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin inspektoru Ramil Sadıqov, RTŞ-nin aparıcı məsləhətçisi Donara Həsənova, Qazax Cümə məscidinin imamı İlham Süleymanov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhun Rüstəmov, şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsdi Ələkbərova, 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev, 3 saylı tam orta məktəbin direktoru Nailə Əfəndiyeva, 4 saylı tam orta məktəbin direktoru Məhəmməd Aşurov, 5 saylı tam orta məktəbin direktoru Nəsibə Tağıyeva, məktəb-liseyin direktoru Tahirə Comərdova, şəhər ümumi məktəbin direktoru Yeganə Göyüşova və Yuxarı Əskipara kənd tam orta məktəbin direktoru Saleh Vəliyev çıxış ediblər.

Çıxışlar zamanı bildirilib ki, Vətən anlayışı insanın yaranmasıyla meydana çıxmışdır. Ona görə də dünyada bütün insanlar bir-biri ilə xoş münasibətdə olmalı, dost–qardaş kimi sülh, əmin-amanlıq şəraitində həyatlarını yaşamalı idilər. Lakin, təəssüflər olsun ki, tarixdə bu deyilənlərə lazımi qədər əməl olunmamışdır. Zaman-zaman ölkələr arasında torpaq uğrunda müharibələr olmuş və qanlar tökülmüşdür.

Vətəni qorumaq lazımdır. Vətəni qorumaq, müharibə etmək üçün əqidəli, qətiyyətli vətəndaşlara ehtiyac vardır. Lakin, əqidəsi möhkəm insanların sayı tarixdə hər zaman ümumi kütləyə nisbətdə az olmuşdur. Vətən sevgisi, vətən namusu, vətən qeyrəti, vətəni sevən insanlara xas olan keyfiyyətlərdir. Bu sevginin mənbəyi torpağa olan bağlılıq və hörmətdir. Bu nemət Uca Allah tərəfindən bizə əmanət edilmişdir. Bu vətəni, bu torpağı bizə ata-babalarımız necə əmanət qoyublarsa, biz də bizdən sonrakı nəsilərə bu yurdu, bu eli elə təhvil verməliyik. Əziz Peyğəmbərimiz Həzrəti Məhəmməd buyurmuşdur: "Vətəni sevmək-imandandır”. Bu o deməkdir ki, öz yaradanını, niyə yaradıldığını, özünü, kimliyini anlayan insanda Vətəninə qarşı sevgi mütləq yüksək səviyyədə olacaqdır. Əks halda, bizdə vətən sevgisi olmayacaq və bu torpaqda yaşamağımız müvvəqəti olacaqdır. Vətən sevgisini insanlar yeri gəldikdə, ehtiyac yarandıqda gərək öz işi, fəaliyyəti ilə təsdiq etsin. Yoxsa onun Vətən haqqında söylədikləri boş və mənasızdır. Belə ki, vətəni həm şad, həm də kədərli günlərdə yada salmaq gərəkdir. 

Azərbaycana bu gün savadlı, Vətənini, dövlətini, prezidentini sevən, ulu öndər Heydər Əliyevin siyasətinə və gənclərlə bağlı ideyalarına sadiq gənclər lazımdır. Biz bu gün Mübariz İbrahimov, Murad Mirzəyev, Raquf Orucov, Mühid Orucov, Elvin Namazov, Orxan Əliyev kimi yüzlərlə, minlərlə igid Vətən oğulları ilə fəxr edirik və qürur duyuruq.

Ulu öndər Heydər Əliyev sağlığında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini və ümumi fəaliyyətə cəlb edilməsini mühüm vəzifə kimi irəli sürürdü. Biz fəxrlə deyə bilərik ki, bu gün bu siyasət Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


















GOYEZEN.AZ

 

 



Facebook-da paylaş