• Təqvim

  • Unutma

  • Maraq



“İslam terroru və zorakılığı rədd edir” mövzusunda dini maarifləndirici tədbir keçirilib


Qazax Rayon İcra Hakimiyyətinin iş planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərində keçirilən dini maarifləndirici tədbirlər bu həftə də davam etdirilib. Həftə ərzində Qazaxbəyli, Aşağı Əskipara, Orta Salahlı və Aşağı Salahlı kənd tam orta məktəblərində "İslam terroru və zorakılığı rədd edir” mövzusunda keçirilən tədbirlərdə rayonun hüquq-mühafizə orqanlarının, Gənclər və İdman İdarəsinin, Polis şöbəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, kənd icra nümayəndələri, məktəb direktorları, sinif rəhbərləri, psixoloqlar, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.

Tədbiri giriş sözü ilə RİHB Aparatında ictimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açıb və keçirilən tədbirin əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.


Sonra mövzu ətrafında rayon prokurorunun müavini Qasım Ağayev, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax rayonu üzrə nümayəndəsi Ceyhun Rüstəmov, QMİ-nin bölgə qazısı İlham Süleymanov, RTŞ-nin aparıcı məsləhətçisi Donara Həsənova, rayon Polis şöbəsinin sahə rəisi İlqar Allahverdiyev, məktəb direktorları Mətanət Eyvazova, Afiq Məmmədov, Cahangir Alnaqov, Yaşar Əliyev və başqaları çıxış ediblər.

Çıxışlar zamanı dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi, ölkəmizdə dinimizə, din xadimlərinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açılıb. Dünyada terrorun yaranması və tarixi, Qərb dünyasında İslamıın terrorla eyniləşdirilməsi və bunun səbəbləri haqqında geniş məlumatlar çatdırılıb. İslamın terrorla heç bir əlaqəsinin olmaması, ən böyük terror hadisələrinin xristian dünyasında baş verməsi, terrorçunun dini və Vətəni olmadığına görə terrorizmin mərkəzində insan faktorunun dayanması, terrorçu qüvvələrin özlərini fundamentalist hesab etmələri, həqiqi islam ardıcılları tərəfindən fundamentalistlərin prinsiplərinin inkar edilməsi və digər məsələlərlə bağlı dini maarifləndirmə işi aparılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

















GOYEZEN.AZ



Facebook-da paylaş