• Təqvim

  • Unutma

  • Maraq



“Məzhəblərarası dialoqda multikulturalizm dəyərlərindən istifadə edilməsi” layihəsi çərçivəsində görüş-toplantı keçirilib

“Məzhəblərarası dialoqda multikulturalizm dəyərlərindən istifadə edilməsi” layihəsi çərçivəsində görüş-toplantı keçirilib
Rayonun Çaylı kənd 1 və 2 saylı tam orta məktəblərində “Məzhəblərarası dialoqda multikulturalizm dəyərlərindən istifadə edilməsi” layihəsi çərçivəsində görüş-toplantı keçirilib.

Toplantıda RİHB Aparatının məsul işçiləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb Bölgəsi üzrə şöbəsinin rəhbərliyi və əməkdaşları, rayon Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin əməkdaşları, icra nümayəndələri, məktəb direktorları, müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

RİHB Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov tədbiri giriş sözü ilə açıb və Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və multikultural dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncamların əhəmiyyətindən danışıb.

Bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə və multikultural dəyərlərin qorunması sahəsində aparılan işlərin yüksək səviyyəyə çatdırılmasıdır.

Tədbirdə Dini Qurumlar üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev, şöbənin məsləhətçisi Rasim Tağıyev, DTX-nin rayon şöbəsinin əməkdaşı Akşin Musalı, rayon Prokurorunun köməkçisi Nəriman Əsədov, RİHB Aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, Çaylı kənd məscidi dini icmasının sədri Sahilə Orucova, kənd 2 saylı tam orta məktəbin direktoru Abbas Carçıyev, kənd İƏD üzrə nümayəndəsi Ceyhun Binnətov və başqaları çıxış ediblər.

Çıxış edən natiqlər dini icmaların həyata keçirdikləri layihələrdə multikultural dəyərlərimizin geniş təbliğ olunmasının, eyni zamanda məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısının alınmasının, dini radikalizmə qarşı mübarizədə bütün ictimaiyyət nümayəndələrinin fəal iştirak etmələrinin əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

Sonda tədbir iştirakçıları və xüsusilə gənclərlə dialoq formasında maraqlı fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş