• Təqvim

  • Unutma

  • Maraq



"Müstəqilliyimiz əbədidir, dönməzdir" başlığı altında dəyirmi masa keçirilib


Bu gün Qazax rayon Gənclər və İdman İdarəsinin 2018-ci ilin ikinci yarımilliyi üçün təsdiqlənmiş "Tədbirlər planı”na əsasən, idarənin və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "Müstəqilliyimiz əbədidir, dönməzdir" başlığı altında dəyirmi masa keçirilib.

Kollecin Heydər Əliyev adına ideoloji mərkəzində keçirilən tədbiri idarənin məsləhətçisi İsmayıl Süleymanov giriş sözü ilə açaraq mövzu ətrafında geniş məruzə ilə çıxış edib.

Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, kollecin müəllimlərindən Tərlan Bədəlova, Sevda Məmmədova, I kurs tələbələri Türkan Əhmədova və Nərmin Kərimova da çıxış ediblər.

Çıxışlarda xalqımızın hər zaman tarix boyu mübariz, azadlıq uğrunda fədakarcasına vuruşduğu bildirilib. Qeyd edilib ki, 1991-ci ilin 18 oktyabr tarixi də əzmkarlıq bahasına başa gəlmişdir. Qazanılan bu uğurun həm daxili, həm də xarici düşmənlərin hesabına itirilmək təhlükəsində olduğuna baxmayaraq, xalqımızın ümummillli lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizə yeni nəfəs verdi. Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsinin qarşısını aldı, Ermənistanla atəşkəsə nail oldu və Azərbaycanda inkişafın təməli qoyuldu. Azərbaycan Ordusu yenidən təşkil edildi, nizam-intizam gücləndirildi. Mühüm siyasi və iqtisadi islahatlara başlanıldı.

Çıxış edənlər qeyd ediblər ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində böyük uğurlar əldə edilir.





GOYEZEN.AZ

 



Facebook-da paylaş