”Dini radikalizmə qarşı mübarizədə birgə fəaliyyətin təşkili” mövzusunda maarifləndirici tədbir keçirilib
Qazax Rayon İcra Hakimiyyətinin iş planına uyğun
olaraq rayonun ümumtəhsil məktəblərində keçirilən maarifləndirici silsilə tədbirlər
uğurla davam etdirilir. Növbəti belə tədbirlər rayonun Quşcu Ayrım, Fərəhli,
Alpout və Dəmirçilər kənd tam orta məktəblərində keçirilib. ”Dini radikalizmə
qarşı mübarizədə birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən tədbirlərdə hüquq-mühafizə
orqanlarının nümayəndələri, kənd icra nümayəndələri, məktəb direktorları, sinif
rəhbərləri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər. RİHB Aparatında ictimai–siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov tədbiri
giriş sözü ilə açaraq dini radikalizmə qarşı mübarizədə maarifləndirici tədbirlərin
əhəmiyyəti barədə görüş iştirakçılarına məlumat verib. Mövzu ətrafında rayon prokurorunun müavini Qasım
Ağayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbə
müdiri Rasim Tağıyev, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, rayon
Polis şöbəsinin sahə müvəkkilləri Zöhrab Arıxbəyli və Kənan Yusifov, RTŞ-nin
aparıcı məsləhətçisi Donara Həsənova, QMİ-nin bölgə qazısı, Qazax Cümə məscidinin
imamı İlham Süleymanov və başqaları çıxış ediblər. Bildirilib ki, Azərbaycanda əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri yüksələn xətlə inkişaf edir
və bu siyasət ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan
bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal
nümunəsidir. Ölkəmizdə müxtəlif dinlərə, millətlərə mənsub olan xalqlar
arasında həmişə xoş münasibətlər mövcud olmuşdur. Azərbaycan öz müstəqilliyini əldə
etdikdən sonra bu ənənə daha da güclənmiş və bu gün xalqımızın ən mühüm nailiyyətləri
sırasına daxil olmuşdur. Dini radikalizmə və dini ekstremizmə qarşı mübarizənin
metodologiyası və onlara qarşı birgə mübarizənin təşkili barədə danışan natiqlər
qeyd ediblər ki, bu işin düzgün və səmərəli həyata keçirilməsində maarifçilik əsas
silahdır. Dini maarifləndirmənin gücləndirilməsi, bu işin kompleks və ardıcıl şəkildə
aparılması radikalizmin qarşısının alınmasında ən güclü vasitədir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar
cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş