“Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbirlər keçirilib
Rayonun Kəmərli, Xanbağı, Xanlıqlar və Cəfərli kənd
tam orta məktəblərində "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu”
mövzusunda maarifləndirici tədbirlər keçirilib. Tədbirdə məktəb direktorları, sinif rəhbərləri, müəllimlər
və yuxarı sinif şagirdləri iştirak ediblər. Qazax RHİB Aparatında ictimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini-dini qurumalarla işin təşçilatçısı Məhəmməd Orucov,
rayon Prokurorunun müavini Qasım Ağayev, rayon Polis şöbəsinin ictimai təhlükəsizlik
bölməsinin baş inspektoru Amil Budaqov, sahə müvəkkilləri Pərvin İbrahimov, Ələmdar
Vəliyev, rayon gənclər və idman idarəsinin rəisi Vüqar Nəbiyev, rayon Təhsil şöbəsinin
aparıcı məsləhətçisi Donara Həsənova, Xanlıqlar kənd
tam orta məktəbin direktoru Şofiq Qədimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax
rayonu üzrə numayəndəsi Ceyhun Rüstəmov, Qazax Cümə məscidinin imamının müavini
Zaur Budaqov və başqaları tədbirlərdə çıxış ediblər. Bildirilib ki, Azərbaycanda dini radikalizmə qarşı
mübarizə qanun çərçivəsində aparılır. Burada səmərəli vasitə maarifləndirmə
işidir. Gənclərimizin radikalizmin və ekstremizmin təsirinə düşməyinin başlıca
səbəblərindən biri onlarda vətənpərvərlik hissinin zəif olmasıdır. Bu səbəbdən
də gənclərimiz maarifləndirilməli, onlara güclü vətənpərvərlik hissi
aşılanmalıdır. Bu gün bizə Vətənini, torpağını, xalqını sevən Aprel döyüşlərinin
qəhrəmanları kimi igid gənclər və oğullar lazımdır. Sonra tədbir iştirakçılarına rayonda sosial-iqtisadi
sahə ilə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı görülmüş işlər
və həyata keçirilmiş tədbirlər barədə də məlumat verilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar
cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş