• Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialında “Sosial işin təşkili: dünya təcrübəsi, metodlar, standartlar” mövzusunda tədbir keçirilib


Bakı Dövlət Universitetinin Qazax filialında "Təmas” Regional İnkişaf İctimai Birliyi   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "İnsan alveri və potensial insan alveri qurbanlarına xidmət göstərən Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzinin dəstəklənməsi” layihəsi çərçivəsində "Sosial işin təşkili: dünya təcrübəsi, metodlar, standartlar” mövzusunda tədbir keçirib.

Filialın Heydər Əliyev auditoriyasında təşkil olunmuş tədbirdə sosial iş ixtisasında təhsil alan I, II kurs tələbələri və müəllimlər iştirak edib.

Layihə rəhbəri Kubra Ələkbərova giriş sözü ilə çıxış edərək tədbirin təşkil olunmasında göstərdiyi köməyə görə Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universiteti Qazax filialının rəhbərliyinə minnətdarlığını bildirib. İcra olunan layihə, donor təşkilat və layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər haqqında geniş məlumat verib.


Filialın sosial iş üzrə müəllimi Gülnar Nəzərova çıxış edərək qeyd edib ki, ölkəmizdə sosial iş ixtisası hələ gənc olmasına baxmayaraq son illər ərzində bu sahənin inkişafına dair geniş fəaliyyətlər həyata keçirilir. Sosial iş insanların onları əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət göstərmələri üçün onlara yardım etməyə istiqamətlənmiş peşədir. Bütün dünyada humanitar və demokratik ideyalara əsaslanaraq yaranan sosial iş təcrübəsi insan ehtiyaclarını və potensialını inkişaf etdirmək üzərində fokuslaşıb. İllər keçdikcə sosial iş özündə səmimilik, vicdanlıq, empatiya, rəhimdillik, peşəkarlıq, insan münasibətlərinin əhəmiyyətliyi kimi dəyərləri birləşdirdi.


Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova öz çıxışında bildirib ki, sosial iş elə bir ixtisasdır ki, o insanların rifahı üçün sosial dəyişikliklər edir. İnsanlar arasındakı münasibətlərdə problemləri həll edir və insanların rifahını yüksəltəmək üçün onları daxili güclərinə, potensiallarına axralanmağa yönəldir. Qeyd edib ki, Bakı Dövlət Universitetinin Qazax filialında sosial iş ixtisasının olması Qərb bölgəsində sosial xidmət sahəsinin inkişafına öz töhfəsini verəcəkdir.


Sonda tələbələrlə mövzu ətrafında müzakirələr aparılıb.


GOYEZEN.AZ



Facebook-da paylaş