• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir və “Ölkəmizi tanıyaq” adlı tur-aksiyada iştirak etmiş məktəblilərlə görüş keçirilib

Rayonumuzda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir və “Ölkəmizi tanıyaq” adlı tur-aksiyada iştirak etmiş məktəblilərlə görüş keçirilib.

Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Aparatın məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, müəllimlər, valideynlər, şagirdlər və KİV nümayəndələri iştirak edib.
Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir və
Rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, hər il ölduğu kimi bu il də Qazaxda rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” keçirilib.

“Uşaq hüquqları aylığı”nın keçirilməsində əsas məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin və müdafiəsinin yaxşılaşdırılmasından ibarətdir.

Bunun üçün rayonda bir sıra işlər görülüb, aidiyyəti qurumlara müvafiq tövsiyə və tapşırıqlar verilib. RİHB yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri, rayon Təhsil şöbəsinin, Gənclər və İdman İdarəsinin işçiləri rayonun ümumtəhsil məktəblərində olub, uşaqların hüquqları ilə əlaqədar şagirdlərlə söhbətlər aparıblar.

Tədbirdə RİHB Aparatında hüquq şöbəsinin məsləhətçisi Ülviyyə Orucova və məsləhətçi-psixoloq Kəmalə Cəfərova mövzu ilə bağlı geniş çıxış ediblər.
Sonra rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Kəmərli kənd tam orta məktəbin direktoru Minarə Rəhimova, şəhər 2 saylı tam orta məktəbin direktoru Murğuz Mustafayev mövzu ətrafında öz ürək sözlərini bildiriblər.
Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir və
Bu gün həm də Respublika Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Cənub bölgəsindən səfərdən qayıtmış şagirdlərlə görüş keçirilib.

“Ölkəmizi tanıyaq” adlı tur-aksiya çərçivəsində Cənub bölgəsindən səfərdən qayıtmış məktəblilərdən Tofiq Məmmədov, Nağı Mehtiyev, Gülər Hacıyeva və başqaları çıxış edərək səfərlə bağlı öz təəssüratlarını danışıblar. Respublikamızın Cənub bölgəsinin əsrarəngiz gözəllikləri, təbiəti, tarixi yerləri, sosial-iqtisadi və mədəni inkişafı barədə məlumat veriblər.


Facebook-da paylaş