• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “İnsan alverinin qurbanı olmayaq” devizi altında maarifləndirici tədbir keçirilib

Qazaxda “İnsan alverinin qurbanı olmayaq” devizi altında maarifləndirici tədbir keçirilib
Demokratik İslahatlar və Hüquq İctimai Birliyi (DİHİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarında “İnsan alverinin qurbanı olmayaq” layihəsini həyata keçirməyə başlamışdır.

Bu gün layihə çərçivəsində rayon Gənclər Mərkəzində “İnsan alverinin qurbanı olmayaq” devizi altında maarifləndirici tədbir keçirilib. Tədbirdə şəhərdə fəaliyyət göstərən tam orta məktəblərin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəblilər, KİV nümayəndələri iştirak edib.

Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatında hüquq şöbəsinin müdiri İlyaz İsmayılov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. İnsan alverinin qurbanı olmamaq üçün məktəblilər arasında bu cür maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Qazaxda “İnsan alverinin qurbanı olmayaq” devizi altında maarifləndirici tədbir keçirilib
DİHİB-nin sədri Mərhəmət Əsgərova çıxış edərək tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib, həyata keçirilən layihə haqqında məlumat verib. Bildirib ki, bugünkü tədbirlə yanaşı, rayonun İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbində məktəblilərin, valideynlərin, müəllimlərin iştirakı ilə bu mövzuda seminar və aksiya təşkil olunmuş, şagirdlərə ətraflı məlumat verilmişdir. Sədr qeyd edib ki, bugünkü tədbirin də əsas məqsədi insan alveri probleminə cəmiyyətin marağıını artırmaq, insan alveri, onun formaları, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reabilitasiyası imkanları barədə dolğun məlumatlar çatdırmaqdır.
Qazaxda “İnsan alverinin qurbanı olmayaq” devizi altında maarifləndirici tədbir keçirilib
Hüquq elmləri doktoru, professor Mətanət Əsgərova layihənin məqsədi barədə danışaraq qeyd edib ki, insan alverindən əziyyət çəkən potensial qurbanların müdafiəsində, insan alverinin aşkar edilməsi və qarşısının alınmasında, habelə nəticələrinin aradan qaldırılması ilə bağlı insanların maarifləndirilməsində, insan alverinin səbəblərinin araşdırılmasında, insan alverinə şərait yaradan halların dərk edilməsində, şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılmasında insanlara kömək etməkdir.

Qanunvericiliyin və dövlət orqanlarının fəaliyyəti, insan alveri ilə mübarizə aparan dövlət orqanlarının imkanları, insan alveri qurbanlarının cəmiyyətə qaytarılması, psixoloji reabilitasiyası, insan alverinin qurbanlarının dövlət müdafiəsi və bu müdafiənin səmərəliliyi kimi mövzular barədə geniş məlumatlar verməkdir.

Çıxışlarda bildirilib ki, gənclər bəzi hallarda daha yüngül maddi imkanlar əldə etmək üçün xarici ölkələrə, daha sərfəli işə düzəlmək adı ilə aldanmaya meylli olurlar. İşin mahiyyəti, yerinə yetiriləcəyi yer və s. barədə yalan məlumatlar verilməsini, aldadıldıqlarını hiss etmirlər, başa düşmürlər. Gənclər gələcək planlarını sosial şəbəkə və s. üsullarla bölüşərkən, ona edilən təklifin insan alveri ilə bağlı olduğunu hiss etmir və ya evlənmə adı ilə ölkədən aparılaraq bu fəaliyyətə məcbur ediləcəyini bilmir. Bəzi halarda ölkə daxilində gəzmək, ekskursiya, qonaqlıq adı altında cəlb olunanlar barəsində məlumatların yayılacağı ilə hədələyərək bu fəaliyyətin qurbanına çevrilirlər.

Birlik tərəfindən həyata keçirilən layihənin də əsas məqsədi təşkil olunan seminarlarda, keçirilən tədbirlərdə konkret olaraq insan alveri halları ilə mübarizə yolları barədə biliklər vermək, dövlət orqanlarına müraciət mexanizmlərini izah etməkdir.

Sonda tədbir iştirakçılarına “İnsan alverinin qurbanına çevrilməyək” adlı bukletlər paylanılıb.

Qazaxda “İnsan alverinin qurbanı olmayaq” devizi altında maarifləndirici tədbir keçirilib
Qazaxda “İnsan alverinin qurbanı olmayaq” devizi altında maarifləndirici tədbir keçirilib
Qazaxda “İnsan alverinin qurbanı olmayaq” devizi altında maarifləndirici tədbir keçirilib
Qazaxda “İnsan alverinin qurbanı olmayaq” devizi altında maarifləndirici tədbir keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş