• Təqvim

  • Unutma

  • Maraq



Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Tovuzda vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Tovuzda vətəndaşları qəbul edəcək
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Tovuz rayonunda vətəndaşları qəbul edəcək.

GOYEZEN.AZ AZƏRTAC-a istinadən bildirir ki, qəbul iyulun 12-də saat 11:00-da Tovuz rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəmkir Regional Bölməsinə (Ünvan: Şəmkir, Bakı-Qazax şosesi, 350 km, İnzibati bina “West gate”) müraciət etmələri (əlaqə tel: +99451 566 41 73) xahiş olunur.

Bundan əlavə, qəbula yazılmaq istəyənlər üçün Şəmkir, Tovuz, Qazax və Ağstafa rayon təhsil şöbələrində iyulun 6–dan 11-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


Facebook-da paylaş