Qazaxda narkomaniya ilə bağlı maarifləndirici tədbirlər keçirilib » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq

Qazaxda narkomaniya ilə bağlı maarifləndirici tədbirlər keçirilib

Qazaxda narkomaniya ilə bağlı maarifləndirici tədbirlər keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiqlənmiş RİHB Aparatı yanında fəaliyyət göstərən Komissiyanın 2018-ci il üçün iş planına və Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Ə.Həsənovun 31 may 2018-ci il tarixli, 32/11-54 nömrəli məktubuna əsasən 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar rayonda fəaliyyət göstərən ali və orta-ixtisas təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirilib.

Bakı Dövlət Universiteti Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələrinin iştirakı ilə keçirilən tədbirlərdə aidiyyatı təşkilat nümayəndələri, iştirak edib.
Qazaxda narkomaniya ilə bağlı maarifləndirici tədbirlər keçirilib
RİHB Aparatının aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova tədbirlərdə çıxış edərək narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə qarşı böyük bir bəla olması və fəsadlar vurması barədə məlumat verib. Qazaxda da narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, xüsusilə də gənc və yeniyetmələr arasında bu istiqamətdə maarifləndirici tədbirlərin keçirildiyini qeyd edib.

RİHB Aparatında hüquq şöbəsinin müdiri İlyaz İsmayılov çıxış edərək cəmiyyətimizdə "ağ ölüm" adlandırılan dəhşətli bəlanın qarşısının alınması və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılması istiqamətində bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Qazaxda narkomaniya ilə bağlı maarifləndirici tədbirlər keçirilib
Rayon Polis şöbəsinin kadrlar qrupunun kadr və peşə hazırlığı üzrə baş inspektoru Vüsal Hüseynov, BDU Qazax filialında pedaqogika üzrə fəlsəfə doktoru, pedaqogika kafedrasının müdiri Hamlet İlyasov, tələblərlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək yeniyetmə və gənclər arasında narkomaniya və narkobizneslə mübarizə yollarının artırılması istiqamətində bu cür maarifləndirici tədbirlərin tez-tez təşkil olunmasını qeyd ediblər.

Tədbirlərdə Narkomaniya və Narkobiznesə qarşı mübarizə yollarını özündə əks etdirən video-çarx nümayiş olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb.

GOYEZEN.AZ

Facebook-da paylaş