• Təqvim

  • Unutma

  • Maraq

Qazaxda “Məktəblilərin narkotik vasitələrdən qorunması yolları” mövzusunda silsilə tədbirlər keçirilib

Qazaxda “Məktəblilərin narkotik vasitələrdən qorunması yolları” mövzusunda silsilə tədbirlər keçirilib
Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb. Bəşəriyyətin “Ağ ölüm” adlandırdığı bu bəla, "Narkomaniya" və "ölüm" sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib.

Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr "Narkotiksiz gələcək naminə" milli proqramlar qəbul edirlər. Buraya təhsil ocaqlarında, hüquq mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə tədbirləri daxildir.

Bütün dünya dövlətlərində olduğu kimi, Azərbaycanda da narkomaniya ilə bağlı problemlər daim ictimaiyyətin nəzarəti altında saxlanılır, mübarizə yolları axtarılır.

Respublika Prezidenti İlham Əliyevin 24 iyun 2013-cü il tarixli, 2966 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər Dövlət Proqramı” uğurla icra olunur. Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planının icrası məqsədilə, o cümlədən 26 İyun - Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar məqsədyönlü işlər görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi və Təhsil Nazirliyi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən birgə hazırlanmış “Məktəblilərin narkotik vasitələrdən qorunması yolları” mövzusunda silsilə tədbirlər təşkil edilir.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da hər il “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı” silsilə maarifləndirici tədbirlər həyata keçirilir. Növbəti maarifləndirici tədbirlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən ünvanlanan 27 fevral 2018-ci il, 19/51-1697 nömrəli məktuba əsasən rayon üzrə şəhər və kənd tam orta məktəblərində təşkil olunub.

Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, rayon Təhsil və Polis şöbələrinin əməkdaşları məktub əsasında rayonun 40 ümumtəhsil məktəbində olaraq narkomaniya, onun doğurduğu fəsadlar və s. barədə məktəblilərin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçiriblər.

RİHB Aparatının aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova tədbirlərdə çıxış edərək rayonumuzda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya vəzifələr qoyulduğunu qeyd edib. Narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurması barədə məlumat verib.

Narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyini bildirib.

Rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Donara Həsənova, Polis şöbəsinin narkomaniyaya qarşı mübarizə şöbəsinin müdiri Murad Qurbanov, kadrlar qrupunun kadr və peşə hazırlığı üzrə baş inspektoru Vüsal Hüseynov çıxış edərək rayonun idarə və təşkilatlarında, ilk növbədə orta təhsil müəssisələrində nakomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsini qeyd ediblər. Yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Tədbirlərdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verilib, onların təklifləri dinlənilərək sualları cavablandırılıb.

GOYEZEN.AZ

Facebook-da paylaş