Bağçalarda olan mövcud vəziyyət müzakirə olunub » Göyəzən internet portalı


Bağçalarda olan mövcud vəziyyət müzakirə olunub

Bağçalarda olan mövcud vəziyyət müzakirə olunub
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin akt zalında rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının müdirləri və tərbiyəçi müəllimlərin iştirakı ilə bağçalarda olan mövcud vəziyyət, yaradılan şərait, körpələrə göstərilən diqqət və qayğı müzakirə olunub.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək istər şəhər, istərsə də kənd bağçalarında mövcud olan şəraitdən söz açıb. Körpələrin sağlamlığının təmin olunması məqsədilə tibbi müayinədən keçirilməsi, bağçalarda səliqə-sahman yaradılması, keyfiyyətli ərzaqla təmin olunması barədə, eləcə də digər məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

GOYEZEN.AZ


Facebook-da paylaş