BDU-nun Qazax filialında Cümhuriyyətin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib » Göyəzən internet portalı


BDU-nun Qazax filialında Cümhuriyyətin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

BDU-nun Qazax filialında Cümhuriyyətin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə professor və müəllim heyəti, tələbələr, KİV nümayəndələri iştirak edib.

Dövlət Himni səsləndikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və ötən 100 il ərzində ölkəmizdə qazanılan uğurlardan bəhs edən videoçarx nümayiş olunub.
BDU-nun Qazax filialında Cümhuriyyətin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Həmin tarixi gün şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edilib.
BDU-nun Qazax filialında Cümhuriyyətin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması barədə imzaladığı Sərəncam olduqca böyük tarixi əhəmiyyətə malikdir. O cümlədən dövlətimizin başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması respublikamızın şanlı yaranma tarixinin olduqca böyük dəyər daşıdığının göstəricisidir.

Sonra ictimai və təbiət fənləri kafedrasının müəllimi, fəlsəfə doktoru İradə Nağıyeva “Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda geniş məruzə ilə çıxış edərək bildirib ki, müstəqilliyimizin dünya miqyasında tanınması sahəsindəki qazanılan nailiyyətlər Cümhuriyyət hökumətinin əldə etdiyi ən böyük tarixi uğurlardandır.

Filialın riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov “Azərebaycan Xalq Cümhuriyyəti və təhsil”, baş müəllim Heyran Vəkilova “Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlər sistemində”, ictimai və təbiət fənləri kafedrasının müəllimi Leyla Civişova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğu”, tarix və coğrafiya müəllimliyi ixtisasının IV kurs tələbəsi Güllü Qocayeva “Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi və mədəni siyasəti” mövzularında çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, 70 il keçəndən sonra 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Respublikamızda çiçəklənmə, iqtisadi inkişaf dövrü başlandı və bu gün bu proses Prezident İlham Əliyevin rəhbərliyi ilə artan templə davam etməkdədir.

Elçin İSMAYIL

BDU-nun Qazax filialında Cümhuriyyətin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
BDU-nun Qazax filialında Cümhuriyyətin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
BDU-nun Qazax filialında Cümhuriyyətin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
BDU-nun Qazax filialında Cümhuriyyətin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
BDU-nun Qazax filialında Cümhuriyyətin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib


Facebook-da paylaş