BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevə həsr olunmuş elmi-praktik konfrans keçirilib » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevə həsr olunmuş elmi-praktik konfrans keçirilib

BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevə həsr olunmuş  elmi-praktik konfrans keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycanın qurucusudur” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda filialın müəllim və tələbələri, KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində ulu öndərin büstü önünə gül dəstələri qoyublar. Sonra konfrans Heydər Əliyev auditoriyasında öz işinə başlayıb.
BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevə həsr olunmuş  elmi-praktik konfrans keçirilib
Filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov konfransı giriş sözü ilə açaraq bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan ulu öndər Heydər Əliyev bütün varlığı ilə öz xalqına, elinə-obasına bağlı olmuşdur. Qeyd edib ki, “Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz və dönməz olacaqdır” deyən ulu öndər Heydər Əliyev ideyalarının bu gün Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilməsi bunu bir daha sübut edir.
BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevə həsr olunmuş  elmi-praktik konfrans keçirilib
Konfransda ulu öndərin həyat və fəaliyyətindən bəhs videoçarx nümayiş olunub.

Sonra filialın ictimai və təbiət fənləri kafedrasının müəllimlərindən Yasin Əliyev “Ümummilli lder Heydər Əliyevin həyat və fəaliyyəti haqqında”, Mübariz Süleymanov “Ümummilli lider Heydər Əliyevin respublikaya ilk rəhbərlik etdiyi dövrü – Azərbaycanın sıçrayış dövrü kimi”, Ülviyyə Bayramova “Ümummilli lider Heydər Əliyev ideyaları və müasir Azərbaycan”, dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimi Balabəyim Qədimova “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın banisidir”, tarix və coğrafiya müəllimliyi ixtisasının IV kurs tələbəsi Güllü Qocayeva “Əsrin kontraktı müasir Azərbaycanın bünövrəsidir” başlıqlı mövzularla çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, bu gün demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və müasir Azərbaycan deyəndə ulu öndər Heydər Əliyev yada düşür. Azərbaycan xalqı bütün həyatını ölkəmizin müstəqilliyinə və gözəl rifahına həsr etmiş ulu öndər Heydər Əliyevə həmişə minnətdar olmalıdır.

BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevə həsr olunmuş  elmi-praktik konfrans keçirilib
BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevə həsr olunmuş  elmi-praktik konfrans keçirilib
BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevə həsr olunmuş  elmi-praktik konfrans keçirilib
BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevə həsr olunmuş  elmi-praktik konfrans keçirilib
BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevə həsr olunmuş  elmi-praktik konfrans keçirilib
BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevə həsr olunmuş  elmi-praktik konfrans keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş