• Təqvim

  • Unutma

  • Maraq



Ekskursiyalar maraqla qarşılanır

Ekskursiyalar maraqla qarşılanır
Fevral ayının 14-dən start götürən və rayon məktəblərinin müəllim və şagirdləri tərəfindən yüksək qiymətləndirilən ekskursiyada məktəblilər Qazax Tarix-Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyası ilə yaxından tanış olurlar. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən məktəblilərin dünyagörüşünün formalaşması istiqamətində təşkil olunmuş ekskursiyada VI-IX siniflərdə təhsil alan şagirdlər və onların müəllimləri iştirak edir. Ekskursiyanın təşkilində əsas məqsəd Qazax rayonunun qədim tarixi köklərə malik olmasını, ümumiyyətlə, rayonun keçmişi və bu günü barədə ətaflı məlumat verməkdir.

Rayon məktəblilərinin fəal iştirak etdiyi ekskursiyanın bugünkü iştirakçıları A.Mikayılov adına Xanlıqlar kənd ümumi orta və İ.Şıxlı adına Kosalar kənd tam orta məktəblərin müəllim və şagirdləri olub.

İlk olaraq muzeyin qonağı olan iştirakçılar 1-ci və 2-ci mərtəbələrdəki guşələrdə əks olunmuş eksponatlarla tanış olub, rayonun tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, Qazaxın zəngin faunası, bitki örtüyü və torpaq növləri haqqında məlumatlar alıblar.

Sonra məktəblilər Dövlət Rəsm Qalereyasına ekskursiya ediblər. Burada məktəblilərə nümayiş olunan Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri nümayiş olunub. Qalereyanın dərnək üzvlərinin vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, multikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən əl işləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

GOYEZEN.AZ saytına ekskursiya ilə bağlı fikirlərini bölüşən Xanlıqlar kənd ümumi orta məktəbin şagirdlərindən Rafiq Kərimov, Fidan Qocayeva, Əsgər Eminov, Səyalı Vəlizadə, Ləman Cəfərova, Kosalar kənd tam orta məktəbin şagirdlərindən Front Cəfərzadə, Ayxan Alıyev, Mehparə Əhmədova, Xədicə Cəfərova, Türkan Qasımzadə, Emin Mustafazadə, Əfsanə Məmmədzadə muzey və qalereyada dərin biliklərə yiyələndiklərini qeyd ediblər. Muzey və qalereyadan yüksək təəssüratlarla ayrılan məktəblilər yenə ekskursiya edəcəklərini bildiriblər.

Xanlıqlar kənd ümumi orta məktəbin direktoru Leyla Vəliyeva, müəllimlərdən Rahilə Həsənova, Şahvələd Məmmədov, Mehparə Alıyeva, Rahilə Bəkirova, Səlminaz Mustafayeva, Kosalar kənd tam orta məktəbin direktor müavinləri Dərgah Nəsibov və Əli Hüseynov, müəllimlərdən Aynur Yusifova, Svetlana Əsgərova, Leyla Əliyeva, Kamilə Yusifova, Dürdanə Orucova təşkil edilən bu cür ekskursiyaların gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün böyük rol oynadığını qeyd ediblər.

Şagirdlərin dərin biliklər əldə etməsi üçün yaradımçı rolunu oynayan bu cür ekskursiyaların təşkilini yüksək qiymətləndirən ekskursiya iştirakçıları yaradılan yüksək şəraitə görə Respublika Prezidenti İlham Əliyevə müəllim və şagirdlər adından dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıblar.

Məlumat üçün qeyd edək ki, bugünkü ekskursiyada Xanlıqlar kənd ümumi orta məktəbindən 27, Kosalar kənd tam orta məktəbindən 193 nəfər şagird və onların müəllimləri iştirak edib.

Həmçinin bugünkü ekskursiyada məktəblilərə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı ətraflı məlumatlar verilib.

Ekskursiyalar maraqla qarşılanır
Ekskursiyalar maraqla qarşılanır
Ekskursiyalar maraqla qarşılanır
Ekskursiyalar maraqla qarşılanır
Ekskursiyalar maraqla qarşılanır
Ekskursiyalar maraqla qarşılanır
Ekskursiyalar maraqla qarşılanır


Facebook-da paylaş