• Təqvim

  • Unutma

  • Maraq

Rəssamlığa istedadı olan uşaqlar üzə çıxarılır

Rəssamlığa istedadı olan uşaqlar üzə çıxarılır
Gənc rəssasm Akif Əmirov incəsənət sahəsində istedadı olan uşaqların üzə çıxarılması ilə əlaqədar Qazax rayonunda layihələr həyata keçirir. Bununla əlaqədar S.Əfəndiyev adına 1 saylı, S.Vurğun adına 2 saylı, İ.Qayıbov adına 3 saylı, F.Şamoyev adına 4 saylı şəhər tam orta məktəblərin, M.Hüseyn adına məktəb-liseyin şagirdləri və Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri ilə məktəblərdə görüş keçirilib. Təsviri incəsənət fənninin tədrisi zamanı keçirilən görüşlərdə rəssamlardan Akif Əmirov və Xanlar Əsədullayev, Azərbaycan Dövlət Rəsm Qalereyasının elmi işçilərindən Tahirə İsmayıllı və Sevinc Quliyeva iştirak ediblər. Görüşün keçirilməsinin məqsədi uşaqlarda estetik zövqün formalaşması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılmasıdır.

Akif Əmirov görüşlərdə çıxış edərək Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən mədəniyyət və incəsənətə göstərilən diqqət və qayğını vurğulayaraq bildirib ki, son zamanlar Qazaxda mütəmadi olaraq rəsm sərgiləri və müsabiqələr təşkil olunur. Sərgilərə Qazax ictimaiyyəti tərəfindən maraqla baxılır.

Sonra rəssamlığa marağı olan şagirdlərə dərs keçirilib. Dərslərdən sonra Qazax Dövlət Rəsm Qalereyasında maarifləndirici çıxışlar dinlənilib. Tədbir iştirakçıları rəssamlara və sənətşünaslara onları maraqlandıran suallarla müraciət ediblər.

Tədbirdə Sevinc Quliyeva və Tahirə İsmayıllı şagirdlərə qədim və müasir rəssamlıq sənəti haqqında məlumat veriblər. Daha sonra şagirdlər rəssamlarımızın göstərmiş olduğu masterklası izləyiblər.

Bu görüş şagirdlər arasında böyük marağa səbəb olub və onların Azərbaycan rəssamları ilə bağlı fikirləri daha da dolğunlaşıb.

Tədbirin sonunda şagirdlərlə xatirə şəkli çəkilib.

GOYEZEN.AZ

Facebook-da paylaş