• Təqvim

  • Unutma

  • Maraq



Məktəblilər rayonumuzun tarixini öyrənirlər

Məktəblilər rayonumuzun tarixini öyrənirlər
Bir aydır ki, davam edən ekskursiyanın növbəti iştirakçısı Qazax rayon Aslanbəyli kənd tam orta məktəbin şagirdləri olub. Qrafikə əsasən məktəblilər öncə Dövlət Rəsm Qalereyasına ekskursiya ediblər. Şagirdlər qalereyada nümayiş olunan Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işlərini maraqla izləyib, ətraflı məlumatlar öyrəniblər.

Daha sonra Qazax Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya edən iştirakçılara qədim tarixə malik olan Qazax rayonunun keçmişini, bu gününü özündə əks etdirən məlumatlar verilib. Şagirdlər muzeyin birinci və ikinci mərtəbəsində olan eksponatlar və guşələrlə tanış olublar.

Ekskursiya barədə təəssüratlarını bölüşən şagirdlərdən Leyla Dərgahquluyeva, Nuranə Pirməmmədova, Yeganə Kazımova, Nigar Hacıməmmədova, Yetər Umudova, Fəqan Rəhimov, Telman Şirməmmədov, Rəvan Həsənov, Sərxan Çələbiyev, Nofəl Yunusov muzeydə artıq ikinci dəfə qonaq olduqlarını qeyd ediblər. Hər bir guşədə əks olunmuş tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, qədim daş dövründən müstəqillik dövrünə kimi olan tarixi inkişaf mərhələsi, rayonun zəngin faunası, bitki örtüyü və torpaq növləri haqqında olan geniş məlumat məktəblilərin böyük marağına səbəb olub.

Qalereyada nümayiş olunan vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən rəsm əsərləri, əl işləri, şəkillər barədə fikirlərini bildirən şagirdlər qalereyadan xoş təəssüratlarla ayrıldıqlarını söyləyiblər.

Məktəbin direktoru Dilqəm Məmmədov, müəllimlərdən Asif Seyidov, Valeh Nəbiyev, Qoşqar Nəsibov, Nigar Əhmədova Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən artıq ikinci dəfədir ki, reallaşan ekskursiyanın əhəmiyyətindən danışaraq məktəblilərin dünyagörüşünün formalaşmasında, dərin biliklərə yiyələnməsində böyük rol oynadığını vurğulayıblar.

Sonda müəllim və şagirdlər muzeydə yaradılan bu yüksək şəraitə görə Respublika Prezidenti İlham Əliyevə, ekskursiyanın yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını çatdırıblar.

Bugünkü ekskursiyada Aslanbəyli kənd tam orta məktəbin VI-IX siniflərində təhsil alan 145 şagird və onların müəllimləri iştirak edib.

Məktəblilər rayonumuzun tarixini öyrənirlər
Məktəblilər rayonumuzun tarixini öyrənirlər
Məktəblilər rayonumuzun tarixini öyrənirlər
Məktəblilər rayonumuzun tarixini öyrənirlər
Məktəblilər rayonumuzun tarixini öyrənirlər
Məktəblilər rayonumuzun tarixini öyrənirlər
GOYEZEN.AZ


Facebook-da paylaş