Ekskursiya uğurla davam edir » Göyəzən internet portalı


Ekskursiya uğurla davam edir

Ekskursiya uğurla davam edir
Fevral ayının 14-dən başlayaraq davam edən ekskursiyanın növbəti iştirakçıları Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbin şagirdləri olub.

VI - IX siniflərdə təhsil alan şagirdlərin və müəllimlərin iştirak etdiyi ekskursiyalarda Qazax Tarix-Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyası haqqında geniş məlumatlar verilib. Rayonun tarixini, dünənini, bu gününü özündə əks etdirən məlumatlar, qalereyada nümayiş olunan Azərbaycan miniatürləri, Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Şagirdlərə muzeyin 1-ci mərtəbəsində yerləşən və rayonunun tarixini özündə əks etdirən xəritə, Qazaxın tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, qədim daş dövründən müstəqillik dövrünə kimi olan tarixi inkişaf mərhələsi haqqında ətraflı məlumat verilib. Qazaxın faunası, bitki örtüyü və torpaq növləri, təbiət guşələri məktəblilərin böyük marağına səbəb olub. Daha sonra məktəblilər muzeyin ikinci mərtəbəsində olan eksponatlar və guşələrlə tanış olublar.

Şagirdlərdən Aytac Omarova, Xanım Əlizadə, Aysel Omarova, Jalə Əliyeva, Müşəfərin Qayayeva, Fərhad Rəfiyev, Mərziyə Cəbiyeva, Seyid Salmanov, Seymur Qurbanov, İlahə Məmmədli, Cavid İsgəndərov GOYEZEN.AZ saytının əməkdaşına ekskursiya ilə bağlı təəssüratlarını bölüşərək bildiriblər ki, bu gün biz muzey və qalereyadan çox yüksək təəssüratlarla ayrılırıq. Qazax xalçaları, geyimləri, Dilboz atları haqqında geniş məlumatlar öyrəndik. Qalereyada nümayiş olunan rəsm əsərləri, əl işləri, xüsusilə də vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillər çox xoşumuza gəldi. Biz çalışacağıq ki, bundan sonra muzey və qalereyaya tez-tez ekskursiya edək və yeni məlumatlar əldə edək.

Məktəbin direktoru Ulduz Mancanov, direktor müavini Xətayə Mustafayeva, müəllimlərdən Lətifə Əliyeva, Minayə Lalayeva, Gülnarə Yaqubova, Yaqut Omarova, Afət Nəsibova, Reyhan Nəsibova, Ramil Abdullayev, Aytəkin Əliyeva, Rasim İsayev, Nisə Osmanova, Rəna Bayramova rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən məktəblilərin dünyagörüşünün formalaşması istiqamətində təşkil olunmuş bu cür ekskursiyaları yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan bu yüksək şəraitə görə Prezident İlham Əliyevə müəllim və şagirdlər adından dərin minnətdarlıqlarını bildiriblər.

Onu da qeyd edək ki, Daş Salahlı kənd 2 saylı tam orta məktəbdən 180 şagird və onların müəllimləri ekskursiyalarda iştirak edib.

Ekskursiya uğurla davam edir
Ekskursiya uğurla davam edir
Ekskursiya uğurla davam edir
Ekskursiya uğurla davam edir



Facebook-da paylaş