• Təqvim

  • Unutma

  • Maraq



Məktəblilər minnətdarlıq edirlər

Məktəblilər minnətdarlıq edirlər
Artıq xəbər verdiyimiz kimi, fevral ayının 14-dən başlayaraq ümumtəhsil məktəblərinin VI, VII, VIII və IX siniflərində təhsil alan şagirdlər rayonumuzun tarixini, dünənini, bu gününü dərindən öyrənmək, rəssamlarını və onların əl işlərini, rəsm əsərlərini yaxından tanımaq üçün Qazax Tarix-Diyarşunaslıq Muzeyinə və Dövlət Rəsm Qalereyasına ekskursiya edirlər.

Biz də GOYEZEN.AZ saytının əməkdaşları olaraq hər gün ekskursiyada yaxından iştirak edir, məktəblilərin muzey və qalereya ilə tanışlıq barədə təəssüratlarını öyrənirik. Onu da qeyd edək ki, istər müəllimlər, istərsə də şagirdlər ekskursiyada fəal iştirak edirlər.

Hər gün bir neçə məktəbin qonaq olduğu muzeyə bu gün Vidadi Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəbin müəllim və şagirdləri ekskursiya edib. Muzeydə olan qədim eksponatlarla, Qazaxın tarixi mədəniyyət abidələri, təbiət görüntüləri ilə yaxından tanış olublar.

Muzeylə yanaşı rəsm qalereyasına da həvəslə gələn məktəblilər burada nümayiş olunan Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, miniatürləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolara baxır, buradan zəngin təəssüratla ayrılırlar.

GOYEZEN.AZ saytına səfər barədə təəsüratlarını bölüşən məktəbin müəllimlərindən Əsmayə Aslanova, Rakiyə Musayeva, Məlahət Əliyeva və İlqar Hüseynalıyev bildiriblər ki, bu gün biz sevinirik ki, bizim rayonumuzda bu cür yüksək səviyyədə inşa olunmuş muzeyimiz, rəsm qalereyamız var. İstər muzey, istərsə də qalereya olduqca zəngindir. Şagirdlərin dərin biliklərə və ətraflı məlumatlara yiyələnməsi üçün hər cür şərait yaradılıb. Tarix-Diyarşünaslıq Muzeyinin açılışında Respublika Prezidenti İlham Əliyevin şəxsən iştirak etməsi bizim üçün xüsusilə qürurvericidir. Bu gün məktəblilər muzeydən dərin biliklər əldə etməklə yanaşı, xoş xatirələrlə ayrılırlar. Biz də öz növbəmizdə bütün müəllimlər adından yaradılan bu yüksək şəraitə görə Respublika Prezidentinə dərin minnətdarlığımızı bildiririk.

Şagirdlərdən Aişə Məmmədova, Sevinc Cəfərova, Nəzrin Göyüşlü, Kamran Musayev, İsrafil Həsənov da ekskursiya barədə öz fikirlərini bölüşərək bildiriblər ki, bu ekskursiya biz məktəblilərə çox şey qazandırdı. İstər muzeydə, istərsə də qalereyada maraqlı məlumatlar əldə etdik. Öz biliklərimizi daha da zənginləşdirdik. Muzeylə tanışlıq zamanı isə ən çox diqqətimizi çəkən guşə Qazax rayonun 34 kəndini özündə əks etdirən xəritə oldu. Buna səbəb isə həmin xəritədə işğal altında olan 7 kəndimizin – Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızıl Hacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərinin adlarının əks olunması idi. Biz həmin kəndlər haqqında da daha ətraflı məlumatlar öyrəndik.

Sonda məktəblilər rayonumuzun tarixi, eləcə də rəssamlarımızın əl işləri ilə yaxından tanış olmaları üçün bu cür maarifləndirici tədbirin həyata keçirilməsinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlıq ediblər.

Məlumat üçün bildirək ki, Çaylı kənd 1 saylı tam orta məktəbdən 91 şagird və onların müəllimləri ekskursiyalarda iştirak etmişdir.


Məktəblilər minnətdarlıq edirlər
Məktəblilər minnətdarlıq edirlər
Məktəblilər minnətdarlıq edirlər
Məktəblilər minnətdarlıq edirlər
Məktəblilər minnətdarlıq edirlər
Məktəblilər minnətdarlıq edirlər


Facebook-da paylaş