“Xocalı harayı”
Anım tədbiri Xocalı faciəsi qurbanlarına həsr olunmuş “Xocalı qətliamı” adlı filmin nümayişi ilə başlayıb.
Mərkəzin direktoru Ceyhunə Hüseynova məruzə ilə çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı moto atıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı soyqırımı nəticəsində 613 Xocalı sakini qətlə yetirilmişdir.
Mərkəzin kitabxana müdiri Sevil İbrahimova da Xocalı faciəsinin dəhşətlərindən danışıb.
Məktəbin şagirdləri Xocalıya həsr olunmuş şeirlər söyləyiblər. IV sinif şagirdləri isə kompozisiya nümayiş etdiriblər.
Facebook-da paylaş