Qazaxda “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib » Göyəzən internet portalı


Qazaxda “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib

Qazaxda  “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib
Bu gün Qazax rayonunda Təhsil Nazirliyinin əmrinə əsasən “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib.

S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbdə keçirilən müsabiqədə VIII-XI sinif şagirdləri iştirak edib. Müsabiqədə məktəb mərhələsinin qalibi olmuş 56 şagird ədəbiyyat üzrə öz biliyini sınaqdan keçirib.

Rayon təhsil şöbəsinin metodisti Orxan Əliyev GOYEZEN.AZ saytına məlumat verərək bildirib ki, müsabiqə bədii əsərlər oxumağa meyl və maraq göstərən, Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı olaraq mütaliə edən şagirdlərin aşkar edilməsi məqsədilə keçirilir.

Qeyd edək ki, müsabiqənin nəticəsi 5 gündən sonra məlum olacaq və qalib olan 1 nəfər şagird respublika turunda iştirak edəcəkdir.

Qazaxda  “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib
Qazaxda  “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib
Qazaxda  “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib


Facebook-da paylaş