Əsas Səhifə > Sosial > Qazaxda yeni salınan yaşayış massivlərinin qazlaşdırılması uğurla davam etdirilir

Qazaxda yeni salınan yaşayış massivlərinin qazlaşdırılması uğurla davam etdirilir


3-12-2019, 11:16


Son illər ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən imzalanan bir sıra Sərəncam və proqramlar çərçivəsində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ölkənin qazlaşdırılması uğurla davam edir. Sevindirici haldır ki, son illər əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, eləcə də qaz təchizatı şəbəkəsinin əsaslı təmiri paytaxt Bakı ilə yanaşı respublikanın bütün bölgələrini əhatə edir. Respublikamızın hər yerində olduğu kimi Qazaxda da əhalinin mavi yanacağa olan tələbatının yaxşılaşdırılması istiqamətində görülən işlər daim diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlərin nəticəsidir ki, bu gün Qazax 100 faiz qazlaşdırılmış bölgələr sırasındadır. Bütün bunlarla yanaşı rayonda yeni salınan yaşayış massivlərinin qazlaşdırılması da gündəmdə duran məsələlərdəndir. Bu istiqamətdə mütəmadi olaraq məqsədyönlü işlər görülür.

Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsi tərəfindən 2019-cu ilin yeni yaşayış massivlərinin qazlaşdırılması proqramına uyğun olaraq şəhər ətrafı beş yaşayış massivində - N.Nərimanov qəsəbəsində Su-15 adlanan ərazidə, Ağstafa çayının sağ sahilində, N.Nərimanov küçəsi, Bakı küçəsi və Cəfərli kəndində görülən işlər əhalinin qaz təminatının yaxşılaşdırılması deməkdir.

Bu məqsədlə diametri 48 mm-lik 652 p/m, 57 mm-lik 8028 p/m, 76 mm-lik 2745 p/m, 89 mm-lik 755 p/m qaz xətti çəkilərək abonentlər mavi yanacaqla təmin olunub. Ümumilikdə, 5 yaşayış massivində 118 yeni abonentə 12180 paqonmetr qaz xətti çəkilərək sakinlərin mavi yanacağa olan tələbatı ödənilib. Bu sahədə görülən işlər bundan sonra da davam etdiriləcək.

GOYEZEN.AZ

 


Geri qayıt