Əsas Səhifə > Sosial > Qazax rayonunda 2016-cı ildə nəzərdə tutulan tikinti-abadlıq işləri uğurla həyata keçirilib

Qazax rayonunda 2016-cı ildə nəzərdə tutulan tikinti-abadlıq işləri uğurla həyata keçirilib


16-01-2017, 11:15
Qazax rayonunda 2016-cı ildə nəzərdə tutulan tikinti-abadlıq işləri uğurla həyata keçirilib
Qazax şəhərində 3 mərtəbədən və 1 mansarddan ibarət Qazax rayon Tarix Diyarşünaslıq Muzeyi, Daş Salahlı kəndində 110/35/6 kv-luq Daş Salahlı yarımstansiyası tikilmiş, Birinci Şıxlı kəndində "Birinci Şıxlı kəndli fermer təsərrüfatı" MMC yaradılmış, ümumi uzunluğu 10 km olan, 6021 nəfər əhalisi olan iki yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolu yenidən qurulmuşdur. 19 oktyabr 2016-cı ildə Ölkə Prezidenti İlham Əliyev bu obyektlərin açılşında iştirak etmişdir.
Qazax rayonunda 2016-cı ildə nəzərdə tutulan tikinti-abadlıq işləri uğurla həyata keçirilib
Qazax rayonunda 2016-cı ildə nəzərdə tutulan tikinti-abadlıq işləri uğurla həyata keçirilib
Qazax rayonunda 2016-cı ildə nəzərdə tutulan tikinti-abadlıq işləri uğurla həyata keçirilib
Qazax rayonunda 2016-cı ildə nəzərdə tutulan tikinti-abadlıq işləri uğurla həyata keçirilib
"Birinci Şıxlı kəndli fermer təsərrüfatı" MMC-də təsərrüfat 672,6 hektar sahədə yaradılmış, 15 hektar sahədə isə süni yağışyağdırma üsulunun tətbiqi ilə pivot sistemi qurulmuşdur. Təsərrüfat 5 ədəd traktor, 5 ədəd kotan, 2 ədəd laped, 2 ədəd taxıl səpən, 2 ədəd frezbağarası hidravlik dikbıçaqlı asma, 2 ədəd hipermərdanəli texnika, 1 ədəd Niva və 1 ədəd MitsubişiL-200 markalı avtomobillərlə təchiz edilmişdir. APH qrupuna məxsus Hollandiya istehsalı olan, saatda gücü 5 ton olan tərəvəz məhsullarının ceşidlənməsi, yuyulması və qablaşdırılmasını həyata keçirən avadanlıqlar quraşdırılmışdır. Təsərrüfatda 170 nəfərlik iş yerləri açılmışdır.
Qazax rayonunda 2016-cı ildə nəzərdə tutulan tikinti-abadlıq işləri uğurla həyata keçirilib
Qazax şəhərində küçələrə 3100 p/m uzunluğunda yeni bardür düzülmüş, 4250 kvadratmetr əraziyə tamet döşənmiş, küçələrə və məhəllədaxili yollara 8600 kvadratmetr asfalt örtüyü qoyulmuş və bu istiqamətdə işlər davam edir.
Qazax rayonunda 2016-cı ildə nəzərdə tutulan tikinti-abadlıq işləri uğurla həyata keçirilib
Şəhərin prospekt və küçələrində olan 50-dən artıq yaşayış evinin dam örtüyü dəyişdirilərək 12.000 kvadratmetrə yaxın dəmir kirəmit vurulmuş, 300 kvadratmetrə yaxın hasar hörülmüş və 5000 kvadratmetr evlərin fasad hissələrində və hasarlarda suvaq işləri aparılmış, 30000 kvadratmetrə yaxın rənglənmə işləri və yaşayış evlərinə və məhəllələrə ümumilikdə 20 ədəd yeni giriş qapıları düzəldilmiş 60-a yaxın giriş qapılarında isə təmir və rənglənmə işləri aparılmışdır.
Qazax rayonunda 2016-cı ildə nəzərdə tutulan tikinti-abadlıq işləri uğurla həyata keçirilib
Bayraq Meydanında, N.Nərimanov yaşayış massivində hündürlüyü 14,3 metr olan qüllənin ətrafında, şəhərin girişində, rayonun ünvanını bildirən “Obelisk”də və ətrafında geniş abadlıq-quruculuq işləri aparılmış, həmin ərazidə Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə Təyyarə Abidəsi ucaldılmışdır.
Qazax rayonunda 2016-cı ildə nəzərdə tutulan tikinti-abadlıq işləri uğurla həyata keçirilib
Qazax şəhərinin mərkəzində yerləşən “Fəxri Qazaxlılar” parkında yenidənqurma işləri başa çatmışdır. Parkın 4443 kvadratmetr sahəsinə tamet döşənmişdir, 1656 p/m uzunluğunda yeni bardürlar düzülmüşdür. Yeni işıqlandırma sistemi qurulmuş, yeni oturacaqlar qoyulmuş, qazon otu, dekorativ ağac və gül kolları əkilmişdir.
Rayonun görkəmli şəxsiyyətlərinə qoyulmuş 12 büst restavrasiya olunaraq müasir görkəmə salınmışdır.
Qazax rayonunda 2016-cı ildə nəzərdə tutulan tikinti-abadlıq işləri uğurla həyata keçirilib
Respublika Prezidentinin 20 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Qazax şəhərində 24 ədəd çoxmənzilli binalarda təmir işləri sürətlə davam etdirilir.
Hazırda əsas işlər Heydər Əliyev prospektində aparılır. Prospektin 5 km uzunluğu olan hissəsində köhnə bardürlar sökülərək götürülür, yerinə yeni, müasir bardürlar düzülür. Ərazidə işıq dirəklərinin və bütövlükdə işıq sisteminin də əsaslı təmir olunaraq yenidən qurulması, küçənin 3 km-lik hissəsində yeni yaşıllıq zolağının yaradılması, dekorativ ağacların və gül kollarının əkilməsi nəzərdə tutulmuşdur.

Şəhidlər Xiyabanı küçəsində, Cümə məscidinin qabağındakı ərazidə abadlıq işlərinə başlanılmışdır. Əraziyə tamet döşənir, bardür düzülür və işıq sistemi quraşdırılır.

Bakı-Tbilisi avtomobil yolunun Qazax rayonunun ərazisindən keçən hissəsində, Qazax şəhərinin Heydər Əliyev prospekti boyunca və mərkəzi küçələrdə abadlıq işləri aparılmış, yeni ağac, gül kolları və qazon otu əkilmiş, yeni işıqlanma sistemi quraşdırılmışdır.

Qazax şəhərindəki, rayonun Daş Salahlı və Yuxarı Salahlı kəndlərindəki Şəhidlər Xiyabanlarında əsaslı təmir və geniş abadlıq–quruculuq işləri aparılmışdır.
Qazax rayonunun Ağköynək kəndi ərazisində məişət tullantıları üçün ayrılmış sahə təmizlənmiş və 1,5 hektar ərazi dəmir torla hasarlanmışdır.
Qazax rayonunda 2016-cı ildə nəzərdə tutulan tikinti-abadlıq işləri uğurla həyata keçirilib
Rayonun Qazaxbəyli kəndində məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə xeyir və şər mərasimlərinin keçirilməsi üçün 360 nəfərlik mağar üçün palatka quraşdırılmışdır.
Qazax rayonunda 2016-cı ildə nəzərdə tutulan tikinti-abadlıq işləri uğurla həyata keçirilib
“Azəravtoyol” ASC tərəfindən Bakı-Tbilisi avtomobil yolunu Qazax–Əskipara yolu ilə birləşdirən, uzunluğu 6 km olan 7705 nəfər əhalinin yaşadığı Çaylı kəndinin içərisindən keçən avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Qazax-Uzuntala avtomobil yolundan ayrılan ümumi uzunluğu 7 km olan, Ermənistanla sərhəddə yerləşən, 1213 nəfər əhalinin yaşadığı Böyük Cəfərli strateji əhəmiyyətli avtomobil yolunun tikintisi üçün hazırlıq işləri görülür.

Qazax şəhərində 20 km uzunluğunda küçədaxili yollara, kənd yaşayış məntəqələrində isə 160 km uzunluğunda kənddaxili yollara qum-çınqıl döşənmiş və bu istiqamətdə işlər davam edir.

Cari ilin noyabr ayında şəhər ərazisində, yol kənarlarına və parklara 12000 qızılgül və gül kolları əkilmişdir.
Rayonun ayrı-ayrı kənd yaşayış məntəqələrində ümumilikdə 22000 ədəd tut tingi basdırılmışdır.

Qazax şəhərində 160 nəfər iş yerlik Xalça müəssisəsinin tikintisinə başlanılmışdır.

Bala Cəfərli və Məzəm kəndlərində əhalinin təhlükəsizliyinin təmin etmək məqsədilə 428 p/m istinad divarları inşa olunmuşdur.
Qazax rayonunda 2016-cı ildə nəzərdə tutulan tikinti-abadlıq işləri uğurla həyata keçirilib
Rayon İcra Hakimiyyəti tərəfindən Məzəm kəndində 21 ailənin həyətində ümumi uzunluğu 1381 p/m olmaqla, 4143 kvadratmetr istinad divarı çəkilmişdir. Quşçu Ayrım kənd əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə yaşayış evlərinin düşmən mövqelərinə baxan pəncərələrinin hörülməsi üçün kənd sakinlərinə tikinti materialları verilmişdir.

Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir.

Bala Cəfərli kəndində bir imkansız ailənin evində əsaslı təmir işləri aparılmış, 17 yaşayış evinin dam örtüyü qismən, 6 yaşayış evinin dam örtüyü isə tamamilə dəyişdirilmişdir. Xanlıqlar kəndində bir imkansız ailə üçün 1 otaqlı yaşayış evi tikilmişdir.
Qazax rayonunda 2016-cı ildə nəzərdə tutulan tikinti-abadlıq işləri uğurla həyata keçirilib
Quşçu Ayrım kəndində bir Şəhid ailəsi üçün ev tikilmiş, Xanlıqlar, Dəmirçilər və Ürkməzli kəndlərinin hər birində bir Şəhid ailəsi, Dəmirçilər və Ürkməzli kəndlərinin hər birində bir Qarabağ müharibəsi əlilinin evlərində əsaslı təmir və əlavə tikinti işləri aparılmış, Xanlıqlar kəndində isə bir şəhid ailəsinin evinin döşəməsi dəyişdirilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və şəhid ailələri üçün 2014-cü ilin dekabr ayında tikintisinə başlanılmış 14 fərdi yaşayış evlərindən 8-i istifadəyə verilmiş, 6 yaşayış evlərinin tikintisi davam etdirilir.

Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 3 mart 2015-ci il tarixli 77s saylı Sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, 78 ailəyə yaşayış evlərinin bütün ifrastrukturlarla tikintisi məqsədilə sənədləşmə işləri aparılmışdır.

“Mətanət A" şirkəti tərəfindən Qazax rayonunun Daş Salahlı kəndində və Carçıoğlu şirkəti tərəfindən rayonun Xanlıqlar kəndində hər birinin illik gücü 50 min ton olan Əhəng zavodunun tikintisi işləri davam etdirilir.

Rayonun Birinci Şıxlı kəndində 220 başlıq heyvandarlıq və Orta Salahlı kəndində aylıq gücü 30 min baş olan quşçuluq fermaları tikilib istifadəyə verilmişdir.
Lizinq yolu ilə gətirilmiş 75 baş cins mal-qaranın sayının 100 baş artırılması məqsədilə Qaymaqlı kəndində fəaliyyət göstərən fermada genişləndmə işləri başa çatmışdır.

Yuxarı Salahlı kəndində 480 şagird yerlik kənd tam orta məktəbdə bərpa gücləndirmə və əsaslı təmir işləri aparılmış, 504 şagird yerlik Çaylı kənd 1 saylı tam orta məktəbin əsas hissəsi əsaslı təmir olunmuşdur.

Dəmirçilər kənd körpələr evi-uşaq bağçası əsaslı təmir olunmuşdur. Qazax şəhərində 3 mərtəbə və 1 mansarddan ibarət ümumi sahəsi 1800 kvadratmetr olan 100 uşaq yerlik 1 saylı körpələr evi-uşaq bağçasının tikintisi davam edir.
Qazax şəhər 2, 4 və 6 saylı körpələr evi-uşaq bağçalarında müasir isitmə sisteminin qurulması işləri başa çatdırılmış, 3 saylı körpələr evi-uşaq bağçasında isə işlər davam etdirilir.

Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması üçün layihə smeta sənədləri hazırlanaraq tenderə verilmişdir.
2016-cı ildə qazılması nəzərdə tutulmuş 10 subartezian quyusundan Daş Salahlı kəndində 2 ədəd, Xanlıqlar, Kosalar, Canalı və Çaylı kəndlərinin hər birində 1 ədəd, cəmi 6 ədəd subartezian quyusunun qazıntısı işləri davam etdirilir. Fərəhli kəndində 200 hektar ərazinin suvarılması məqsədilə yeni suvarma şəbəkəsi quraşdırılmışdır.

Rayon ərazisində 270 km uzunluğu olan suvarma kanalının 56 km-də təmizləmə işləri aparılmış və bu istiqamətdə işlər davam etdirilir.

Əhalinin içməli suya olan tələbatını təmin etmək məqsədilə Qazaxbəyli kəndində d-160 mm-lik 1170 metr uzunluğunda, Ürkməzli kəndində 2 km uzunluğunda, Dəmirçilər kəndində 1 km uzunluğunda, Aslanbəyli kəndində 350 metr uzunluğunda, Alpout kəndində isə 700 metr uzunluğunda içməli su xətti çəkilmişdir. Ürkməzli kəndində 1 ədəd 20 tonluq, 1 ədəd 16 tonluq su çəni və bir ədəd su nasosu, Aslanbəyli kəndində 1 ədəd 5 tonluq, Alpout kəndində isə 1 ədəd 25 tonluq su çəni quraşdırılmışdır.

Azərbaycan Kənd İnvestisiya layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Regionların inkişaf proqramına əsasən Qazaxbəyli və Qaymaqlı kəndlərində kənd qəbiristanlığında 8x4 ölçüdə 2 ədəd talvar quraşdırılmış, Qazaxbəyli kəndində 680 m uzunluğunda, Qaymaqlı kəndində 1000 m uzunluğunda yeni hasarlar çəkilmiş, hər iki kənddə 1 ədəd barmaqlıqdan darvazalar quraşdırlmış, Daş Salahlı kəndində 4500 m uzunluğunda yeni su xətti çəkilmiş, 8 ədəd bulaq tikilmiş və 8 ədəd su krantları quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir.

Bütün bunlar onu göstərir ki, Qazax rayonunda 2016-cı ildə nəzərdə tutulan tikinti-abadlıq işləri uğurla icra olunmuşdur.

Geri qayıt