Qazaxda suvarma kanalları və arxları təmizlənir » Göyəzən internet portalı


Qazaxda suvarma kanalları və arxları təmizlənir

Qazaxda suvarma kanalları və arxları təmizlənir
Qazax rayonunda başqa sahələrlə yanaşı kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, əkin sahələri bir neçə dəfə artmış, məhsuldarlıq da eyni səviyyədə çoxalmışdır.

Kənd təsərrüfatının inkişafının, məhsuldarlığın artırılmasının əsas şərtlərindən biri də bitkilərin vaxtı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Bu məqsədlə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən ötən il su kanalları və arxları təmir olunub, kol-kosdan və lildən təmizlənib. Nəticədə suyun ötürücülük gücü artırılıb, su itkisinin qarşısı alınıb.

Həmin ənənə bu il də davam etdirilir. Rayon rəhbərliyinin müvafiq tapşırığı ilə su kanallarının və su arxlarının təmizlənməsi işlərinə başlanılıb. Bu məqsədlə rayonun bütün kəndlərində əhali tərəfindən kanal və arxların lildən, kol-kosdan təmizlənməsi işləri həyata keçirilir. Əl ilə yanaşı, lazım gələn yerlərdə texnikadan da istifadə olunur.

Bu il ümumi uzunluğu 261,19 km olan kanal və arxların təmizlənməsi işləri aparılacaqdır. Bu məqsədlə bütün kəndlərdə kanal və arxların təmizlənməsi işləri aparılır. Qarşıya qoyulan vəzifənin yerinə yetirilməsi üçün kifayət qədər texnika da ayrılıb. Bu günə kimi 145,08 km uzunluğunda arx və kanallar təmizlənib və yararlı hala salınıb. Bunun 91,32 km əllə, 53,76 km isə texnika ilə təmizlənib.

Qazaxda suvarma kanalları və arxları təmizlənir
Qazaxda suvarma kanalları və arxları təmizlənir
Qazaxda suvarma kanalları və arxları təmizlənir
Qazaxda suvarma kanalları və arxları təmizlənir
GOYEZEN.AZ


Facebook-da paylaş