Yeni il ərəfəsində Qazax rayonunun qəbiristanlıqlarında iməcilik keçirilib
Yeni il bayramı ərəfəsində Qazax rayon sakinləri qəbiristanlıqlarda olublar. Onlar əzizlərinin və doğmalarının xatirəsini yad ediblər.
Sonra ümumrayon iməciliyi keçirilibdir. Dekabrın 23-də və 24-də, həftənin şənbə və bazar günlərində keçirilən iməciliklərdə 2000 nəfərə yaxın rayon sakini iştirak edib.
İməcilik zamanı qəbiristanlıqların içərisində və ətrafında təmizlik və abadlıq işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan yerlərdə isə qəbiristanlıqların ətrafına yeni dəmir torlar çəkilibdir.
İməcilikdə elliklə iştirak edən rayon sakinləri bu cür savab işləri ilboyu davam etdirəcəklərini bildiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş