• Təqvim

  • Unutma

  • Maraq

Gənclər Mərkəzi təmirdən sonra göz oxşayır

Gənclər Mərkəzi təmirdən sonra göz oxşayır
Gənclər Mərkəzi binasının tikintisi zamanı vaxtilə səhvlərə yol verilmiş və son nəticədə bir sıra problemlər yaranmışdı. Mərkəzin akt zalında tavandan su damması divarların rənglərinin solmasına, pərdələrin çirklənməsinə səbəb olmuşdu. Eyni zamanda, döşəmədə çökmələr əmələ gəlmişdi. Səs gücləndirici aparatlar, mikrafonlar demək olar ki, işləmirdi. Kanalizasiya sistemində çatışmazlıqlar var idi. Bir sözlə, Mərkəzin bir neçə il bundan öncə tikilib istifadəyə verilməsinə baxmayaraq problemlər əmələ gəlmişdi. Eyni problemlər xolda və karaokidə də yaşanırdı.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yaranmış vəziyyəti nəzərə alaraq Gənclər Mərkəzində təmir-bərpa işlərinin aparılması barədə göstəriş verib. İcra Başçısının tapşırığına əsasən Mərkəzdə təmir-bərpa işləri həyata keçirilib.

İlk növbədə binanın dam örtüyü təmir olunub. Sonra bütün divarlar yenilənərək rənglənib. Tavandakı və divarlardakı qızılı rəng yenilənib və zövqə uyğun hala salınıb. Döşəmədə olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra üzərinə yeni, zövq oxşayan xalı çəkilib. Bu da zalın ab-havasını kökündən dəyişdirib. Eyni zamanda, zaldakı texniki qurğular da yenilənib. Belə ki, mikrafonlar yeniləri ilə əvəz olunub. Səs gücləndirici cihazlar da təzələnib. Bununla yanaşı, kanalizasiya sistemində olan problem də aradan qaldırılıb. Zalın pərdələri təmizlənərək baxımlı hala salınıb.

Binanın xolunda və karaokidə də eyni təmir-bərpa işləri görülüb. Ən əsası isə odur ki, təmir işləri aparılan zaman keyfiyyətə xüsusi diqqət yetirilib. Bunun nəticəsidir ki, yüksək səviyyədə və zövqlə aparılan təmir-bərpa işlərindən sonra Gənclər Mərkəzi sözün əsl mənasında göz oxşayır.

GOYEZEN.AZ

Facebook-da paylaş