• Təqvim

  • Unutma

  • Maraq



Qazaxın Çaylı və Kommuna kəndlərinə içməli su çəkilir

Qazaxın Çaylı və Kommuna kəndlərinə içməli su çəkilir
Qazaxın Çaylı və Kommuna kəndlərinə yeni içməli su xətti çəkilir. Qazax rayon İcra Hakimiyyətinin, Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı və maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Çaylı və Kommuna kəndlərinin içməli suya olan tələbatının daha da yaxşılaşdırılması, su borularının yenidən çəkilməsi və suyun mənbəyində üstü örtülü 7 tonluq hovuzun tikilməsidir.

Bu istiqamətdə aparılan işlər artıq başa çatmaq üzrədir. Yaxın günlərdə yeni çəkilən içməli su xətti kənd sakinlərinin istifadəsinə veriləcəkdir.

GOYEZEN.AZ

Qazaxın Çaylı və Kommuna kəndlərinə içməli su çəkilir
Qazaxın Çaylı və Kommuna kəndlərinə içməli su çəkilir


Facebook-da paylaş