Nə gözəldi, nə qəşəngdi kəndimiz » Göyəzən internet portalı


Nə gözəldi, nə qəşəngdi kəndimiz

Nə gözəldi, nə qəşəngdi kəndimiz
Məşhur Azərbaycan filmlərindən birində oxunan mahnının bu sözlərini bu gün Qazax rayonunun Daş Salahlı kəndinə şamil etsək, lap yerinə düşər. 2550 evdən, 3 minə kimi təsərrüfatdan ibarət olan Daş Salahlı bu gün öz inkişafının ən yüksək mərhələsini yaşayır. Kəndin ərazisində yerləşən zavod və müəssisələrdən indi dünyanın 9-dan çox ölkəsinə məhsul satılır. 10091 nəfər əhalisi olan kənd sakinlərinin əksəriyyəti bu zavod və müəssisələrdə çalışır, öz rifah halını təmin edirlər.

Bu gün sərhəddə yerləşməsinə baxmayaraq Qazax rayonunun bütün kəndlərində tikinti-quruculuq işləri aparılır, yaşayış məntəqələri abad və yaraşıqlı olur. Elə bir kənd yoxdur ki, orada bir yenilik, bir irəliləyiş olmasın. Rayonun Daş Salahlı kəndində olduğu kimi.
Nə gözəldi, nə qəşəngdi kəndimiz
Kənd böyük olanda onun qayğıları da, problemləri də çox olur. Son 1 il yarım zaman kəsiyində illərlə yığılıb qalmış çatışmazlıqlar Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun gərgin əməyi və həyata keçirilən tikinti-quruculuq işləri sayəsində tədricən aradan qaldırılıb, həyat öz normal axarına düşüb.

Bu günlərdə isə rayon rəhbərliyinin göstərişinə əsasən Daş Salahlının adablaşması istiqamətində genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Bu gün kənddə olarkən bunun canlı şahidi olduq və görülən işləri lentə aldıq. Kənddə bütün sahələrdə abadlıq və quruculuq işləri gedir. Təmizlik işləri aparılır, işıq, qaz, rabitə sahələrində yeniliklər həyata keçirilir.
Nə gözəldi, nə qəşəngdi kəndimiz
Küçələrin hasarlarının təmirə ehtiyacı olan hissələri suvanır, tam hazır olanlara isə müxtəlif rənglər vurulur, lazım gələn yerlər ağardılır. Hasarlarla yanaşı olaraq evlərin bütün darvazaları da rənglənir. Təmir başa çatan yerlərdə küçələri sözün yaxşı mənasında tanımaq olmur. Çınqıl döşənmiş, rənglənmış küçələr necə deyərlər, adamın üzünə gülür.
Nə gözəldi, nə qəşəngdi kəndimiz
Yol kənarındakı ərazilərdə olan kol-kos kənd sakinləri tərəfindən təmizlənir, ot-ələf biçilir və normal görkəmə salınır. Kəndin ərazisindəki 30 km uzunluğunda olan yollara çınqıl daşınıb tökülmüş və hamarlanıbdır. Bu da əhalinin gediş-gəlişini asanlaşdırıb.

Kəndin ərazisində olan qaz xətləri rənglənir və yaraşıqlı hala gətirilir. Bununla yanaşı, kəndin işıqlanması sahəsində də xeyli işlər görülüb və bu proses davam etməkdədir. Kəndin ətrafındakı bütün köhnə dirəklər yeniləri ilə əvəz olunub və SİP kabellər çəkilib. Yaxın günlərdə bu işlər kəndin daxilində də həyata keçiriləcəkdir.
Nə gözəldi, nə qəşəngdi kəndimiz
Nə gözəldi, nə qəşəngdi kəndimiz
Nə gözəldi, nə qəşəngdi kəndimiz
Küçələrin işıqlandırılması da diqqət mərkəzindədir. Belə ki, kəndin mərkəzindən keçən Fidat Məmmədov küçəsinin 300 metr uzunluğunda olan hissəsinə yeni işıq dirəkləri basdırılıb və bu ərazi işıqlandırılıb. Eyni proses gələcəkdə bütün küçələrdə həyata keçiriləcəkdir.

Şəxsi evlərlə yanaşı kənddə olan sahibkarliq obyektlərinə də əl gəzdirilir, təmir edilərək müasir görkəmə salınır. Yol kənarlarındakı ağacların gövdələri ağardılır. Kənddəki poçt filialının binası əsaslı şəkildə təmir olunur.
Nə gözəldi, nə qəşəngdi kəndimiz
Nə gözəldi, nə qəşəngdi kəndimiz
Daş Salahlda diqqət çəkən işlərin ən birincisi isə nümunə olan 2 və 3 saylı körpələr evi-uşaq bağçalarıdır. Bu binalar yüksək səviyyədə yenidən qurularaq əsaslı şəkildə təmir olunubdur. Yaxın günlərdə açılışı gözlənilir.
Nə gözəldi, nə qəşəngdi kəndimiz
Nə gözəldi, nə qəşəngdi kəndimiz
Həyata keçirilən işlərdən göründüyü kimi, Daş Salahlıda həyat qaynayır. Kənd mübaliğəsiz olaraq deyə bilərik ki, respublikamızın ən abad və ən yaraşıqlı kəndlərindən birinə çevrilir. İşiniz avand olsun.

Nə gözəldi, nə qəşəngdi kəndimiz
Nə gözəldi, nə qəşəngdi kəndimiz
Nə gözəldi, nə qəşəngdi kəndimiz
Nə gözəldi, nə qəşəngdi kəndimiz
Nə gözəldi, nə qəşəngdi kəndimiz
Elçin İSMAYIL



Facebook-da paylaş