Səməd Vurğun Poeziya Evi əsaslı təmir olunur » Göyəzən internet portalı


Səməd Vurğun Poeziya Evi əsaslı təmir olunur

Səməd Vurğun Poeziya Evi əsaslı təmir olunur
Səməd Vurğun Poeziya Evi 1976-cı ildən fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış bu sənət məbədgahı Səməd Vurğunun 70 illik yubileyi münasibətilə istifadəyə verilmişdir.

Ümummilli lider Heydər Əliyev 1979-cu ildə, Prezident İlham Əliyev isə 2004 və 2011-ci illərdə Poeziya Evində olublar.

Yarandığı gündən şeirsevərlərin ziyarətgahına çevrilmiş Poeziya Evində mütəmadi olaraq şair və yazıçılarla görüşlər, onların kitablarının təqdimatı, yaradıcılıqlarına həsr olunmuş tədbirlər keçirilir.
Səməd Vurğun Poeziya Evi əsaslı təmir olunur
Poeziya Evi istifadəyə verildiyi vaxtdan cəmi 2 dəfə əsaslı təmir olunmuş və son təmirdən 6 il vaxt keçdiyi üçün müasir tələblərə cavab vermirdi. Bu da onun normal fəaliyyət göstərməsinə mane olurdu.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bu günlərdə Poeziya Evində olmuş və yaranmış vəziyyəti nəzərə alaraq bu sənət məbədgahının əsaslı şəkildə təmir olunması haqqında göstəriş vermişdir.

Rayon rəhbərliyinin tapşırığına əsasən 1 foyedən və 4 zaldan ibarət olan binada təmir işlərinə başlanılıb. Qiraət və digər zallarda, eləcə də foyedə suvaq-astar və üzlük işləri görülür. Eyni zamanda Poeziya Evinin içəri hissəsində işıqlanmada olan çatışmazlıq artıq aradan qaldırılıb. Binanın işıqlandırma sistemi təmir olunaraq yenisi ilə əvəz edilib.

Bununla yanaşı, parkın giriş hissəsindən tutmuş ətrafına qədər olan ərazidə də işıq sistemi təmir edilərək müasir tələblərə cavab verən səviyyəyə çatdırılıb. Görülən əsaslı təmir-bərpa işlərinin nəticəsidir ki, həm binanın içərisi, həm də girişi və ətrafı gecələr nura qərq olur.

Ustalardan Omar Səfərov, Orxan Səfərov və başqaları üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlməklə yanaşı təmirin keyfiyyətlə aparılmasına da diqqət yetirirlər. Ona görə də görülən işlər göz oxşayır.

Poeziya Evindəki parkın işıq sistemi ilə yanaşı həyətindəki fəvvarələr də əsaslı şəkildə təmir olunacaqdır. Fəvvarələrə gələn su xətlərinin yeniləri ilə əvəz edilməsi də nəzərdə tutulmuşdur. Suvaq-astar işləri başa çatdıqdan sonra binada rənglənmə işləri həyata keçiriləcəkdir. Bir sözlə, Poeziya Evi əsaslı şəkildə təmir olunaraq ona yeni həyat veriləcəkdir. Yaxın vaxtlarda bu sənət beşiyi Səməd Vurğunun adına layiq halda olacaqdır.

Elçin İSMAYIL

Səməd Vurğun Poeziya Evi əsaslı təmir olunur
Səməd Vurğun Poeziya Evi əsaslı təmir olunur
Səməd Vurğun Poeziya Evi əsaslı təmir olunur
Səməd Vurğun Poeziya Evi əsaslı təmir olunur
Səməd Vurğun Poeziya Evi əsaslı təmir olunur


Facebook-da paylaş